Sülhməramlılara məxsus daha beş avtomobil aksiya ərazisindən sərbəst keçib
Şuşa, 15 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 125-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 5 yük avtomobilinin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.