SİYASƏT
Sülhməramlılara məxsus növbəti 4 avtomobil aksiya ərazisindən maneəsiz keçib
Şuşa, 19 yanvar, Ceyhun Alışlı, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər həmişəki kimi, bu gün də Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, sülhməramlılara məxsus iki minik və iki yük avtomobilinin Xankəndidən Laçına doğru hərəkətinə şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.