SİYASƏT
Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən sərbəst keçidi təmin olunub
Şuşa, 10 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 120-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 2 minik, 30 təminat-təchizat avtomobilinin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib.
Gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarının 46, Beynəlxalq Qırmızı Xaç Komitəsinin isə 6 avtomobili keçib. Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.