Sülhməramlıların daha iki avtomobili aksiya ərazidən sərbəst keçib
Şuşa, 23 fevral, Ceyhun Alışlı, AZƏRTAC
Rusiya sülhməramlılarına aid avtomobillərin azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən keçidinə şərait yaradılıb.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus bir minik avtomobili Laçından Xankəndiyə, biri isə əks istiqamətə keçid edib.
Ekoaksiyanın 74-cü günündə nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, hazırkı vaxtadək aksiya ərazisindən 65 avtomobilin keçidi təmin olunub.