SUMO ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATININ QALİBLƏRİ MƏLUM OLMUŞDUR
Bakı, 3 mart (AZƏRTAC). Sumo üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşmişdir. Üç yaş qrupu üzrə keçirilən yarışda 200-dək idmançı mübarizə aparmışdır.
Azərbaycan Sumo Federasiyasından bildirmişlər ki, böyüklərin yarışında Rəşad Əsgərov (85 kq), Nizami Qafarov (115 kq), Rəşad Bağıyev (115 kq-dan yuxarı) ölkə çempionu olmuşlar.
Yeniyetmələrin mübarizəsində Əsgər İsrafilzadə ağırlığı 60 kiloqrama qədər olan sumoçular arasında qızıl medala sahib olmuşdur. 80 və 100 kiloqram cəki dərəcələrində isə, müvafiq olaraq, Əmrah Əhmədov və Seymur Eldarov bütün rəqiblərinə qalib gələrək birinci yeri tutmuşlar.
Nəhayət, kadetlərin yarışında Yusif Babayev (55 kq), Fərid Əhmədov (75 kq), Əmiraslan Əhmədov (90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]