“Sumqayıt” klubu yeni mövsümün hazırlığını Ərzurumda davam etdirir
Bakı, 18 iyul, AZƏRTAC
“Sumqayıt” futbol klubu Ərzurumda yeni mövsümün hazırlığını davam etdirir.
Bu barədə AZƏRTAC-a klubun mətbuat xidmətindən məlumat verilib.
Komanda toplanışın ilk gününü bir çalışma ilə başa vurub.
Baş məşqçi Samir Abasovun rəhbərliyi ilə gerçəkləşən məşqdə fiziki və taktiki tapşırıqlar icra olunub.