Sumqayıtda küləyin törətdiyi fəsadlar aradan qaldırılıb
Sumqayıt, 11 sentyabr, AZƏRTAC
Güclü külək sentyabrın 10-da Sumqayıtda bir sıra fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzində, Nizami küçəsində irigövdəli qovaq ağacı yola aşıb, nəticədə avtomobillərin hərəkətində maneələr yaranıb. 20-ci məhəllə adlanan ərazidə isə şam ağacı işıq dirəyinin üstünə aşıb, nəticədə mənzillərə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Güclü külək Sumqayıtın Çerkassi küçəsində də fəsad törədib. İri ağac gövdəsindən qopub. Lermontov küçəsində isə söyüd ağacı avtomobilin üzərinə aşıb.
Hadisələrin baş verdiyi ərazilərə Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma idarəsinin əməkdaşları cəlb edilib, ağaclar doğranaraq ərazidən daşınıb, elektrik enerjisinin verilişi tam bərpa olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:15]
Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib
- 30.09.2026 [14:11]
Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:29]
Xaçmazda məktəblini avtomobil vurub VİDEO
- 30.09.2026 [13:00]
Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB
- 30.09.2026 [11:28]
Qusarda şəhidlərin xatirəsi anılıb
- 30.09.2026 [11:03]