SUMQAYITDA QAZIN VƏ ELEKTRİK ENERJİSİ HAQQININ YIĞILMASININ VƏZİYYƏTİ MÜZAKİRƏ OLUNMUŞDUR
İcra hakimiyyətinin başçısı Vaqif Əliyev müşavirə iştirakçılarını Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin uğurla işə salınması münasibətilə təbrik edərək, onun rolunu və bu hadisənin ümummilli liderimizin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbərliyə gəlişi ilə bir vaxta düşməsinin rəmzi mənasını vurğulamışdır.
Müşavirədə ətraflı, ciddi və konsrtruktiv söhbət getmişdir. Şəhərin müvafiq bölmələrinin rəhbərləri bu sahədə vəziyyətin ətraflı təhlilini vermiş, kommunal xidmətlər üçün abunə haqqı yığılmasını yaxşılaşdırmağa yönəldilən konkret təkliflər irəli sürmüşlər. Bu kampaniyanı fəallaşdırmaq, əhali arasında təbliğat və izahat işlərini gücləndirmək üzrə vəzifələr nəzərdə tutulmuşdur.
İcra hakimiyyətinin başçısı yanında xüsusi qərargah yaradılmışdır. Qərargah qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə, xidmətlərin haqqının ödənilməsinə müntəzəm nəzarət edəcəkdir.