Azərbaycan Dövlət İnformasiya Agentliyi

SUMQAYITDA ŞƏHİD AİLƏLƏRİ VƏ QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ ÜÇÜN YENİ YAŞAYIŞ EVİ İSTİFADƏYƏ VERİLMİŞDİR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qısa müddətdə Sumqayıtda yeni yaşayış evi tikərək istifadəyə vermişdir.

Bu münasibətlə mərasim keçirilmişdir.

Mərasim iştirakçıları Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz, unudulmaz Prezident Heydər Əliyevin nurlu xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, Şəhid Ailələri və Qarabağ Müharibəsi Əlilləri Cəmiyyətinin sədri Mehdi Mehdiyev və başqaları çıxış edərək, əfsanəvi Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın ən yeni tarixində rolunu vurğulayaraq, onun xeyirxah əməllərini və mühüm işlərini xatırladılar. Qeyd olundu ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin problemləri həmişə Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə nazirlikdə gözəl ənənənin - bu təbəqədən olan insanlar üçün yeni evlərin hər il istifadəyə verilməsi ənənəsinin əsası qoyuldu. Artıq 720 belə ailə mənzillə təmin olunmuşdur. Daha bir yaşayış binasının istifadəyə verilməsi göstərdi ki, ümummilli liderimizin həyatdan getməsinə baxmayaraq, onun işi yaşayır, siyasi xətti uğurla davam etdirilir.

Binanın yeni sakinləri – ömür-gün yoldaşları, övladları Vətənin çağırışı ilə ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi naminə həyatlarından keçmiş, sağlamlıqlarını itirmiş ailələrin üzvləri çıxış edərək, Heydər Əliyevin tələb və göstərişlərini canla-başla yerinə yetirən şəxslərə bir daha minnətdarlıqlarını bildirdilər, öz ümidlərini ölkəmizin yeni seçilmiş Prezidenti İlham Əliyevlə bağladıqlarını vurğuladılar.

Mənzillərin orderləri və açarları təntənəli surətdə 36 ailəyə təqdim olundu, onlara qiymətli hədiyyələr verildi.

Sumqayıtın mərkəzində, Cəfər Cabbarlı adına küçədə inşa edilmiş bu yaşayış binası hər birinin sahəsi 68-72 kvadratmetr olan 2-3 otaqlı mənzillərdən ibarətdir.

Həmin layihəni həyata keçirmiş “Dolmen” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi AZƏRTAC-ın müxbirinə demişdir ki, mənzillər lazımi məişət şəraiti ilə təmin olunmuş, burada müasir sanitariya texnikası quraşdırılmış, hər bir mənzilə telefon çəkilmişdir. Cəmiyyətin nümayəndəsi bir ay ərzində mənzil sahiblərinin arzusuna uyğun olaraq, zəruri xırda işlər də görəcəkdir.

Yeni mənzil almış şəhid ailələri və Qarabağ müharibəsi əlilləri adından Prezident İlham Əliyevə müraciət qəbul olundu. Müraciətdə deyilir:

Əziz Prezident!

Azərbaycan xalqı tarix boyu yüksək mədəni irsə, milli ənənələrə, böyük iqtisadi potensiala, insan resurslarına malik xalq olmuş, öz mövcudluğu günündən dünyaya zaman-zaman bir sıra düha sahiblərini bəxş etmişdir. Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi tarixi simalardan biri də müasir Azərbaycan dövlətinin banisi, dünyanın nüfuzlu söz sahibi, respublikanın tarixində və taleyində ölçüyəgəlməz xidməti olan ümummilli liderimiz Heydər Əliyev idi. Azərbaycanda son 34 ildə əldə olunmuş nailiyyətlər öz xalqına sədaqətlə xidmət etmiş, Azərbaycanın dinamik inkişafının və tərəqqisinin təminatçısı olmuş Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın dünyəvi dövlət kimi müasir beynəlxalq aləmdə özünəlayiq yer tutmasında böyük əzm və əsl fədakarlıq nümunəsi göstərmiş bu dahi şəxsiyyət tərəfindən müdrikcəsinə işlənmiş və müvəffəqiyyətlə həyata keçirilmiş neft strategiyası, aqrar islahatlar, özəlləşdirmə proqramları, o cümlədən müasir istehsal sahələrinin yaradılması görülən işlərin kiçik bir hissəsidir. Məhz Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqil Azərbaycanda son on ildə ən çətin siyasi, hərbi, iqtisadi problemlər həll edilməklə yanaşı, əhalinin, qaçqın və məcburi köçkünlərin, o cümlədən sosial qayğıya ən çox ehtiyacı olan təbəqənin güzəranının yaxşılaşdırılmasına, əmək haqlarının, pensiyaların dəfələrlə artırılmasına, onların bütün istiqamətlərdə sosial müdafiəsinin gücləndirilməsinə nail olunmuşdur.

Möhtərəm Prezident!

Hər bir sivil dövlətin qarşısında duran ən vacib problemlərdən biri də xüsusi qayğıya və yardıma ehtiyacı olan əlil vətəndaşların cəmiyyətə inteqrasiyasının təmin olunmasıdır. Bu mənada respublikanın ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşlara, habelə digər səbəblərdən fiziki məhdudiyyətli şəxslərə göstərilən diqqət Heydər Əliyevin qayğıkeşliyinin bariz nümunəsidir. Bu gün dövlətin yürütdüyü sosial yönümlü iqtisadi siyasətin məntiqi nəticəsi olaraq əhalinin aztəminatlı təbəqəsinin mənafeyi daim müdafiə edilir, bu qəbildən olan insanların fəal həyata inteqrasiyası üçün mühüm işlər görülür. Ölkənin ərazi bütövlüyünün qorunması uğrunda canlarını fəda edən insanların ailələrinə göstərilən qayğı, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması üçün görülən konkret tədbirlər, o cümlədən yüzlərlə insanın mənzil və fərdi evlərlə, min iki yüzdən artıq əlilin pulsuz nəqliyyat, ehtiyacı olanların hamısının reabilitasiya vasitələri ilə təmin edilməsi Vətən yolunda həlak olmuş şəhid ailələrinə, müharibədə sağlamlığını itirmiş insanlara qayğının parlaq nümunəsidir. Biz, Sizin də bu qəbildən olan insanlara qayğınızı, onların digər problemləri ilə yanaşı, mənzil problemlərinin həlli istiqamətində gördüyünüz işləri yüksək qiymətləndiririk.

Cənab Prezident!

Bu gün aztəminatlı ailələrin, əlillərin, veteranların və şəhid ailələrinin sosial qayğıları ilə məşğul olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Sumqayıt şəhərində hər cür kommunal şəraiti olan 36 mənzilli binanın bizim istifadəmizə verilməsini ruh yüksəkliyi ilə qarşılayırıq. Eyni zamanda, təəssüf edirik ki, bu qayğının banisi olan Heydər Əliyev aramızda yoxdur. Bu gün 36 mənzildə işıq yanır. Biz inanırıq ki, cənnətməkan Prezidentimiz Heydər Əliyevin ruhu şad olmaqla yanaşı, həm də bizimlədir. Əslində, bu işıq onun ruhunun nurudur. Qoy, bu gözəl mənzillərdən süzülən işıq, sözün əsl mənasında onun ruhuna yandırılan şam olsun.

Zati-aliləri!

Çağdaş dövlətçilik tariximizin ən şərəfli səhifələri indi nuruna toplaşdığımız Heydər Əliyevin adı ilə bağlıdır. Bu düha və zəka sahibinin uzaqgörənliyini səciyyələndirən xüsusiyyətlərdən biri də ondan ibarətdir ki, o, özündən sonra Vətənin tərəqqisi, xalqın inkişafı naminə layiqli davamçısını yetişdirmişdir. “Xalqın gözü tərəzidir” deyib atalarımız. Elə buna görə də Azərbaycan xalqı son prezident seçkilərində məhz Sizə səs vermiş, ölkəmizin gələcək inkişafı və xalqımızın səadəti ilə əlaqədar ümidlərini Sizə bağlamışlar.

Xalqımız inanır və ümid edir ki, Azərbaycan dövlətinin yaxın gələcəkdə iqtisadi cəhətdən qüdrətli bir ölkəyə çevrilməsi, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, ərazi bütövlüyümüzün bərpa edilməsi və qorunması üçün bütün qüvvə və bacarığınızı əsirgəməyəcəksiniz. Biz isə bu tarixi missiyanın həyata keçirilməsində daim Sizə yardımçı olacaq, Ali Baş Komandan kimi bütün çağırışlarınıza qoşulacaq, var qüvvəmizi səfərbər edərək həmişə Sizin yanınızda olacaq və apardığınız siyasəti inamla müdafiə edəcəyik.

Sizə sonsuz sevgi və ehtiramla,

Sumqayıt şəhərində Qarabağ müharibəsi

əlilləri və şəhid ailələri üçün inşa edilmiş

36 mənzilli binanın sakinləri adından:

Hacıyev Soltan Fərrux oğlu-I qrup Qarabağ müharibəsi əlili

Məmmədov Cabbar Abbas oğlu- II qrup Qarabağ müharibəsi əlili

Süleymanov İsgəndər Mədət oğlu-II qrup Qarabağ müharibəsi əlili

Yaqubov İslam Alı oğlu-I qrup Qarabağ müharibəsi əlili

Mehdiyev Sərxan Niyaz oğlu-II qrup Qarabağ müharibəsi əlili

Muradov Kamran Murad oğlu-II qrup Qarabağ müharibəsi əlili

Həsənov Nəsimi Pərviz oğlu- II qrup Qarabağ müharibəsi əlili

Məmmədəliyev Famil Əli oğlu- II qrup Qarabağ müharibəsi əlili

Həsənov Telman Hidayət oğlu-II qrup Qarabağ müharibəsi əlili

Babayev Sakit Şirvan oğlu- II qrup Qarabağ müharibəsi əlili

Nəsirov Malik Bəhram oğlu- II qrup Qarabağ müharibəsi əlili

Nəciyev Nizami Xanoğlan oğlu- II qrup Qarabağ müharibəsi əlili

Nuriyev Vəzir Təhməz oğlu- II qrup Qarabağ müharibəsi əlili

Şiriyev Vaqif Məmiş oğlu- II qrup Qarabağ müharibəsi əlili

Əlifxanov Hidayət Səfər oğlu- II qrup Qarabağ müharibəsi əlili

Abdullayev Asif Rauf oğlu- II qrup Qarabağ müharibəsi əlili

Namazov Elxan Yunis oğlu - II qrup Qarabağ müharibəsi əlili

Əməşov Məmmədağa Nəsir oğlu- II qrup Qarabağ müharibəsi əlili

Quliyev Soltan Məmməd oğlu- II qrup Qarabağ müharibəsi əlili

Mustafayev Elşən Aftandil oğlu - II qrup Qarabağ müharibəsi əlili

Məmmədov Mehman Rza oğlu- II qrup Qarabağ müharibəsi əlili

Əliyev Rövşən Sədr oğlu- II qrup Qarabağ müharibəsi əlili

Rüstəmov Rza Rüstəm oğlu- II qrup Qarabağ müharibəsi əlili

Məmmədov Füzuli Surxay oğlu- II qrup Qarabağ müharibəsi əlili

Şəkərov Məmməd Bəylər oğlu- II qrup Qarabağ müharibəsi əlili

Rzayev Vidadi Əsədulla oğlu- II qrup Qarabağ müharibəsi əlili

Məmmədov Eyvaz Şərafəddin oğlu- II qrup Qarabağ müharibəsi əlili

Rəcəbov Xanlar Yunis oğlu- II qrup Qarabağ müharibəsi əlili

Məmmədov Əjdər İmran oğlu- II qrup Qarabağ müharibəsi əlili

Rufullayev Vaqif Yoldaşxan oğlu- I qrup Qarabağ müharibəsi əlili

Quliyev Ramiz Telman oğlu- I qrup Qarabağ müharibəsi əlili

Zəkiyev İlham Əzizağa oğlu- I qrup Qarabağ müharibəsi əlili

İsgəndərova Aytəkin Qəni qızı- şəhid ailəsi

Ağayeva Sevda Məmmədhəsən qızı-şəhid ailəsi

Cəfərova Sənubər Elçi qızı-şəhid ailəsi

Dadaşova Əntiqə Zahir qızı-şəhid ailəsi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq