Azərbaycan Dövlət İnformasiya Agentliyi

Süni intellektin şagirdlərin öyrənmə bacarıqlarına təsiri – psixoloq nə tövsiyə edir?

Süni intellektin şagirdlərin öyrənmə bacarıqlarına təsiri – psixoloq nə tövsiyə edir?

Bakı, 24 noyabr, Sevda Cəfərova, AZƏRTAC

Süni intellektin şagirdlərin tədris keyfiyyətinə təsiri son illərdə texnologiyanın sürətli inkişafı və geniş yayılması səbəbindən xüsusilə aktuallaşıb. Süni intellektin təhsil prosesinə inteqrasiyasının müsbət tərəfləri ilə yanaşı, şagirdlərin motivasiyasının azalması və sərbəst şəkildə bilik əldə etmə keyfiyyətinin aşağı düşməsi kimi hallara da rast gəlinir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müəllimi klinik psixoloq Emiliya İgidova bildirib. Onun sözlərinə görə, şüurlu və məqsədyönlü şəkildə istifadə edildikdə “ChatGPT” tənqidi düşüncənin inkişafı üçün bir vasitəyə çevrilə bilər: “Şagirdlər məlumat axtarmaq, faktları yoxlamaq və fərqli perspektivləri təhlil etmək üçün süni intellektdən istifadə edirlərsə, bu, onların materialı daha dərindən başa düşməsinə və analitik bacarıqlarının inkişaf etməsinə səbəb ola bilər. Əgər şagirdlər “ChatGPT”dən yalnız hazır cavab almaq üçün istifadə edərlərsə, bu, müstəqilliyin azalmasına, təhlil etmək bacarığının zəifləməsinə və öyrənməyə marağın itməsinə səbəb ola bilər”.

Psixoloq bildirib ki, bu gün süni intellekt insan həyatının bütün sahələrinə sürətlə inteqrasiya olunur və bu da gənc nəslə təsir edən sosiallaşma amillərində əhəmiyyətli dəyişikliklərə səbəb olur. Şagirdlərin dərsdənkənar fəaliyyətlərini müşahidə etdiyimiz zaman passivlik, sosiallaşmanın aşağı səviyyədə olması, maraqların sönük olması aydın şəkildə təzahür edir. Süni intellektin yeniyetmələrin sosiallaşmasına təsirinin xüsusiyyətlərini araşdırmaq və risklərini təhlil etmək müasir dövrün aktual problemlərindən hesab olunur.

Süni intellektdən geniş istifadə məktəblilərə böyük imkanlar yaratsa da, müəyyən hallarda onların özünəinamını zəiflədə bilər. Müəllim ev tapşırığı kimi inşa yazmağı tapşırdıqda şagird öz yazısını süni intellektin mətni ilə müqayisə edirsə, nəticədə hazır verilmiş variantı daha ideal hesab edir. Bu yazı tərzi vərdişə çevrildikdən sonra isə şagirdin tədricən özünəinamı daha da aşağı düşə bilər. Yazılı və şifahi nitq bir-birilə qarşılıqlı əlaqədə inkişaf etdiyi üçün bir müddət sonra passiv vəziyyətdə qalan yazılı nitq şagirdlərin şifahi nitq qabiliyyətinə də təsir etmiş olur. Bütün bu proseslər şagirdin ünsiyyət bacarıqlarına mənfi təsir göstərərək onda sosial narahatlıq hissini gücləndirə bilər. Özünü ifadə etməkdə çətinlik çəkən şagird tədricən başqalarının qarşısında səhv etməkdən çəkinməyə başlayır. Süni intellekt sistemləri səlis və məntiqi mətnlər yaratdığı üçün şagirdlər bunu öz qabiliyyətsizliyi kimi qəbul edə bilirlər.

“Pandemiya dövründə və ondan sonra ölkəmizdə və ölkədən xaricdə tətbiq olunan onlayn təhsil zamanı süni intellektdən istifadənin şagirdlərin öyrənmə motivasiyasını və bacarıqlarını inkişaf etdirə biləcəyini müşahidə etsək də, sosial ünsiyyətin azalması və emosional pozuntuların yaranması halları ilə də qarşılaşmışdıq. Belə ki, onlayn təhsil dövründən sonra məktəblərdə əyani təhsilə qayıdan şagirdlər arasında daha çox passivlik müşahidə olunmaqdadır. Bu, daha çox sosial adaptasiyanın pozulması, yaşıdları ilə ünsiyyətdən qaçma, telefon və digər internetə bağlı olan vasitələrə meyillilik kimi özünü təzahür etdirir”, - deyə o əlavə edib.

Müsahibimiz vurğulayıb ki, süni intellektin təhsildə istifadəsi müəllim-şagird və şagird-şagird münasibətlərində böyük dəyişiklik yaradır. Süni intellektin həyatımızda dəstəkləyici rolu olsa da, müəllimlə tələbə arasındakı insan münasibətini və empatiyanı tam əvəz edə bilmir. Xüsusilə müasir dövrdə müəllimlər şagirdlərin süni intellektdən sui-istifadə hallarının özlərinin pedaqoji nüfuzunu zədələyə biləcəyini nəzərə alaraq ayıq olmalı, müasir tədris metodlarının daha dərindən mənimsəməlidirlər. Çünki süni intellekt vasitələrindən sui-istifadə şagirdlərin müəllimə və bir-birinə olan etimadına təsir edir. Nəticədə şagird-şagird münasibətləri də dəyişir, bəzi şagirdlər sinifdə bir-biri ilə daha az ünsiyyət qururlar.

“Texnika və texnologiyanın inkişaf etdiyi dövrdə süni intellekt həyatımızda yalnız dəstəkləyici kimi istifadə edilməli, şagirdlərə məsuliyyətli istifadəni öyrətməli və onların emosional əlaqəsini qorumağa çalışmalıyıq. Bu yanaşma müəllim-şagird və şagird-şagird münasibətlərini qoruyaraq tədrisin keyfiyyətini artıracaq.

Məktəblər şagirdlərə süni intellektin əsaslarını öyrədərkən yalnız texniki biliklərə deyil, həm də psixoloji təhlükəsizliyə xüsusi önəm verməlidirlər. Süni intellekt alətlərindən yanlış və nəzarətsiz istifadə, onlara həddindən artıq güvənmək və bu alətlərlə çox vaxt keçirmək şagirdlərdə zamanla bir sıra psixoloji çətinliklərin yaranmasına səbəb ola bilər. Bu çətinliklər təkcə özünəinamın azalması, qərarvermə bacarığının zəifləməsi və sosial ünsiyyətdən uzaqlaşma kimi əlamətlərlə müşayiət olunmur. Həddindən artıq istifadə həm də addiktiv davranışın formalaşmasına, yəni psixoloji və davranış asılılığının yaranmasına gətirib çıxara bilər.

Şagird süni intellekt alətlərindən tez-tez istifadə etdikcə onlardan aldığı rahatlıq hissi, tez cavab əldə etmə vərdişi və çətinliklərdən qaçmaq imkanı onun beynində mükafat mexanizmini aktivləşdirir. Bu proses davam etdikdə şagird artıq real problemləri öz gücü ilə həll etməyə motivasiya tapmır, ümumiləşdirmə və təhlil bacarıqları zəifləyir və zamanla süni intellektə emosional asılılıq formalaşa bilər. Bu, xüsusilə yeniyetmələr arasında tez-tez rast gəlinən davranış modellərindən biridir”, - deyə E.İgidova bildirib.

Psixoloq tövsiyə edib ki, müəllimlər və valideynlər şagirdlərin emosional vəziyyətində baş verən dəyişiklikləri izləməli, texnologiyadan sui-istifadə əlamətlərini vaxtında aşkar etməli və ehtiyac yarandıqda psixoloq dəstəyi təmin etməlidirlər. Yaş səviyyəsinə uyğun yanaşma burada da çox vacibdir: kiçik yaşlarda emosional bağlanma, orta yaşlarda özünəinamın itkisi, yuxarı siniflərdə isə həm sosial fobiya, həm də addiktiv davranış formalaşması riski daha yüksəkdir. Nəticə olaraq, süni intellektin tədrisi yalnız texnoloji savadlılıq deyil, həm də şagirdlərin emosional və psixoloji rifahının qorunması məsələsidir. Məktəblər şagirdləri bu texnologiyadan faydalı, şüurlu və psixoloji cəhətdən sağlam şəkildə istifadə etməyə yönləndirməlidirlər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir