Azərbaycan Dövlət İnformasiya Agentliyi

SURİYA ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ BƏŞŞAR ƏL-ƏSƏDİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
ALİ QONAĞIN ŞƏRƏFİNƏ

SURİYA ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ BƏŞŞAR ƏL-ƏSƏDİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ ALİ QONAĞIN ŞƏRƏFİNƏ

Bakı, 9 iyul (AZƏRTAC). Xəbər verdiyimiz kimi, iyulun 8-də “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsədin və xanımı Əsma əl-Əsədin şərəfinə rəsmi ziyafət təşkil edilmişdir.

Dövlət başçıları ziyafətdə nitq söyləmişlər.

Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayaraq dedi:

-Hörmətli cənab Prezident!

Hörmətli xanım Əsma əl-Əsəd!

Xanımlar və cənablar!

İlk növbədə, cənab Prezident, mən Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Bu Sizin Azərbaycana ilk səfərinizdir. Düşünürəm ki, bu səfəriniz ikitərəfli münasibətlərimizdə mühüm hadisə olacaq və əlaqələrimizin inkişafına güclü təkan verəcəkdir.

Mən bu gün keçirilmiş görüşlərə, aparılmış danışıqlara və fikir mübadiləsinə, habelə imzalanmış sənədlərə, sabah təşkil olunacaq biznes foruma xüsusi əhəmiyyət verirəm və onları yüksək qiymətləndirirəm. Suriya ilə Azərbaycan arasında əlaqələrin dərin tarixi kökləri vardır. Bizi uzun əsrlər ərzində təşəkkül tapmış münasibətlər bağlayır. İslam dini xalqlarımızın tarixində çox mühüm rol oynamış, müştərək mənəvi dəyərlər formalaşdırmışdır. Azərbaycanın və Şərqin böyük mütəfəkkir şairi İmadəddin Nəsimi, həmçinin Hələb şəhərində yaşayıb-yaratmışdır. Nəsiminin əsərləri xalqlarımızın mənəvi sərvətidir. Ümummilli liderlərimiz, mərhum prezidentlər Heydər Əliyev və Hafiz əl-Əsəd arasındakı görüşlər və şəxsi dostluq münasibətləri ölkələrimizin yaxınlaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Beynəlxalq və regional təşkilatlar, o cümlədən İslam Konfransı Təşkilatı çərçivəsində əməkdaşlığımızdan razıyam. Bu əməkdaşlıq İslam həmrəyliyinin möhkəmlənməsi, İslam ümmətinin problemlərinin aradan qaldırılması baxımından xüsusilə əhəmiyyətlidir. 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmiş Bakı bu istiqamətdə səylərini əsirgəməyəcəkdir.

Mən Suriya ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsinin tərəfdarıyam. Biz bu əməkdaşlığı inkişaf etdirmək üçün Dəməşqdə səfirliyimizi açdıq. Ölkələrimiz arasında bir sıra sahədə, xüsusilə də energetika, mədən sənayesi, kənd təsərrüfatı, turizm, təhsil, səhiyyə sahələrində əməkdaşlığın yaxşı perspektivləri vardır.

Bu gün Azərbaycanın neft və qaz ehtiyatlarının istismarı və enerji daşıyıcılarının dünya bazarlarına nəqli böyük əhəmiyyətə malikdir. Artıq fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin bütün regionun inkişafına və beynəlxalq enerji təhlükəsizliyinə töhfəsi heç kimdə şübhə doğurmur. İnanıram ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçməsi əməkdaşlığımızın genişlənməsinə və ticarət dövriyyəsinin artmasına şərait yaradacaqdır. Həyata keçirilən siyasi və iqtisadi islahatlar Azərbaycanın sürətli inkişafına güclü təkan vermiş, yeni investisiya imkanları yaratmış, iqtisadi potensialın güclənməsini təmin etmişdir. Atılan addımların nəticəsidir ki, son beş il ərzində Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artmışdır.

Bizim regionda ən böyük təhlükə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasıdır. Ermənistanın hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkün yaranmışdır. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qədim tarix və mədəniyyət abidələri, məktəblər, muzeylər, məscidlər dağıdılmış, dünya və İslam sivilizasiyasının nadir inciləri yer üzündən silinmişdir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, ATƏT, İKT, Avropa Şurası Parlament Assambleyası, NATO və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Bu münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Hörmətli cənab Prezident, Azərbaycana rəsmi səfərinizə böyük əhəmiyyət verdiyimi bir daha ifadə edir, Sizə və bütün Suriya xalqına xoşbəxtlik, səadət, firavanlıq arzulayıram. 

                                           X X X

 

Suriya Prezidenti Bəşşar əl-Əsəd təşəkkür edərək dedi:

-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!

Xanım Mehriban Əliyeva!

Xanımlar və cənablar!

İcazə verin mənim, xanımımın və nümayəndə heyətinin Azərbaycanda səmimiyyətlə qarşılanmasına görə dərin minnətdarlığımı və təşəkkürümü bildirim. Bu gün dost və qədim ölkənizdə olmağımdan çox məmnunam.

Suriya ilə Azərbaycanı bir-birinə tarix, sivilizasiya, mədəniyyət və əməkdaşlıq telləri bağlayır. Bu münasibətlərin bünövrəsi hələ İpək Yolu əsrində, müstəqillik qazandığımızdan əvvəlki və sonrakı dövrlərdə qoyulmuşdur.

Prezident Bəşşar əl-Əsəd əcdadlarımız tərəfindən qoyulmuş bünövrə üzərində yaradılan əməkdaşlığın xalqlarımızın və ölkələrimizin sülh, təhlükəsizlik, sabitlik və inkişaf şəraitində yaşamasına və inkişafına xidmət etdiyini bildirdi. Suriya Prezidenti Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin daha da genişlənməsi zərurətindən irəli gəldiyini əsaslandırdı. Ali qonaq əməkdaşlığımızın tarixi və perspektivləri barədə fikirlərini söyləyərək dedi:

-Ölkələrimiz hələ İpək Yolu dövründə Asiya ilə Avropanı birləşdirən iki mühüm körpü rolunu oynamış, mədəniyyətlərin yaxınlaşması prosesini gücləndirmiş, bölgəmizdəki sivilizasiyaları tanıtmış, bu da öz növbəsində ölkələrimizə və xalqlarımıza böyük təcrübə qazandırmışdır, xalqların adətləri, ənənələri və mədəniyyətlərindən ibarət maarif bazası yaratmışdır.

Hələ əlaqə qurmaq imkanlarının məhdud olduğu əsrlərdə aramızda münasibətlər mövcud olmuşsa, bu gün bu münasibətlərin bütün sahələrdə gücləndirilməsi naminə səy göstərməyimiz bir aksiomdur.

Əminik ki, Suriya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın, xüsusən də yerüstü, dəniz və hava nəqliyyatı yollarının inkişaf etdirilməsi, neft və qaz sahələrindəki strateji layihələrin birgə qurulması vasitəsilə iki ölkə arasındakı ticarət mübadiləsinin və sərmayə qoyuluşunun artırılması üçün real fürsət vardır. Bunun üçün birgə niyyət vardır və əməkdaşlığın gücləndirilməsi üzrə geniş imkanlar mövcuddur. Əminəm ki, Azərbaycanın Qafqaz, Suriyanın isə Yaxın Şərq bölgələrində mühüm strateji mövqelərə malik olması ölkələrimizə Asiya ilə Avropa arasında, Yaxın Şərqlə Qafqaz arasında birləşdirici körpü olmaq imkanı verir.

Əziz dost Prezident İlham Əliyev,

Xanımlar və cənablar!

İqtisadi münasibətlərə diqqət yetirməyimizlə bərabər, deməliyəm ki, Yaxın Şərq, Qafqaz və Balkan bölgələrindəki siyasi münasibətlər və sabitlik dünyada təhlükəsizlik və sabitlik üçün daim böyük önəm kəsb etmişdir.

Beləliklə, səfər mübadilələrinin, ölkələrimiz arasındakı əlaqələrin və məsləhətləşmələrin davam etdirilməsi yolu ilə siyasi münasibətlərimizi əla səviyyəyə qaldıraraq, dinamik və mühüm bölgələrimizin və bütövlükdə dünyamızın sabitliyinə bütün müstəvilərdə xidmət etmiş olarıq.

Yaxın Şərq bölgəsindəki təcrübəmiz birmənalı şəkildə onu sübut etdi ki, regiondakı problemlərin həlli üçün vaxt o qədər də yetərli amil deyildir. Bunun üçün xoş məram, bütün tərəflər arasında səylərin birliyi tələb olunur və bu, çözüm yollarının tapılmasının bölgə xalqlarına və dünyaya nə dərəcədə müsbət təsir edəcəyinin vacibliyinə inamdan irəli gəlir. Yaxın Şərqdə sülhün və sabitliyin bərqərar olunması yolunda Suriya da öz gücünü əsirgəmir. Lakin biz sülh yolunda daim inadcıllıq və təkəbbürlük divarı ilə, İsrailin sülhü inkar etməsi ilə, sülhə çağırışlar, o cümlədən ərəb sülh çağırışı müqabilində təcavüzkar müharibələrlə, o cümlədən Livana və Qəzzəyə qarşı müharibələrlə, işğal olunmuş ərazilərdəki ərəb xalqına qarşı aparılan ardı-arası kəsilməyən təcavüzlərlə, Qüdsü yəhudiləşdirmək cəhdləri ilə, yaşayış məntəqələrinin genişləndirilməsi, Fələstin xalqının blokadası və bu xalqın yaşamaq hüququndan məhrum olunması cəhdləri ilə qarşılaşırıq.

Suriya “sülh əvəzinə torpaq” prinsipinə deyil, beynəlxalq norma və qanunlara, hüquqların öz sahiblərinə qaytarılması prinsipinə istinadən sülhün bərqərar olunması yolunda daim çalışacaqdır.

Qafqazda və Orta Asiyadakı hadisələrin gedişini, xüsusən də Dağlıq Qarabağ probleminin, Ermənistan-Azərbaycan münasibətlərinin beynəlxalq norma və qanunlar əsasında və bütün tərəflərin hüquqlarının qorunması şərti ilə həlli yollarının dialoq vasitəsilə tapılması istiqamətində göstərdiyiniz səyləri biz böyük diqqətlə izləyirik və problemin uzun, sürəkli olmaması üçün dialoq prosesinin tezləşdirilməsi zərurətinə inanırıq. Təcrübəmiz göstərir ki, problemin həlli müddəti uzandıqca, onu çözmək imkanları da mürəkkəbləşir.

Bu prizmadan yanaşaraq və hər iki tərəflə əla münasibətlərimiz olduğu üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı lazımi yardım göstərməyə hazır olduğumuzu bildiririk.

Sonda ümidvar olduğumu bildirirəm ki, bu səfər dost ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin bütün səviyyələrdə gücləndirilməsinə təkan verəcək və fürsətdən istifadə edərək Sizi Suriya ilə Azərbaycan arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi məqsədi ilə ən yaxın vaxtda Suriyaya səfərə dəvət edirəm.

Bir daha qonaqpərvərliyinizə görə öz təşəkkürümü bildirir, Sizə cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və çiçəklənmə arzulayıram.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub