SURİYA ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ BƏŞŞAR ƏL-ƏSƏDİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
RƏSMİ QARŞILANMA MƏRASİMİ
Bakı, 8 iyul (AZƏRTAC). İyulun 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Suriya Ərəb Respublikasının Prezidenti Bəşşar əl-Əsədin rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Suriya Prezidenti Bəşşar əl-Əsədi və xanımı Əsma əl-Əsədi səmimiyyətlə qarşıladılar.
Fəxri qarovul dəstəsinin rəisi Suriya Prezidentinə raport verdi.
Suriyanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları İlham Əliyev və Bəşşar əl-Əsəd fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Suriya Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Bəşşar əl-Əsədə, Suriya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |





