Sven Serre: Azərbaycan Avropada ən yaxşı idman infrastrukturuna malik ölkələrdən biridir
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Avropada ən yaxşı idman infrastrukturuna malik ölkələrdən biridir. Ölkəniz gələcəkdə qitənin bir sıra nüfuzlu turnirlərinə ev sahibliyi edə bilər. Azərbaycanın Avropa çempionatı keçirmək üçün böyük potensialı var.
AZƏRTAC xəbər verir ki, bunu Avropa Badminton Konfederasiyasının Bakıda keçirilən konqresində quruma prezident seçilən Sven Serre Milli Gimnastika Arenasında jurnalistlərlə görüşü zamanı deyib.
Azərbaycanın hazırda Avropada kiçik badminton ölkəsi kimi tanındığını, amma idmanın bu növünün inkişafda olduğunu vurğulayaraq deyib: "Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovla çox yaxşı danışıqlarımız oldu. Buradakı infrastrukturu, məşq mərkəzlərini mənə göstərdi. Hər şeyi yenidən qururlar. Badminton və parabadmintonda yaxşı idmançılarınız var. Azərbaycan Polşadakı III Avropa Oyunlarında təmsil olunacaq. Bu, ölkədə badmintonun inkişafı üçün çox vacibdir".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]