Tacikistan yüklərinin Azərbaycan üzərindən daşınması məsələləri müzakirə olunub
Bakı, 27 avqust, AZƏRTAC
Azərbaycan Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Tacikistanın ölkəmizdəki səfiri İlxom Abduraxmonla görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev rəsmi səhifəsində paylaşım edib.
“İki ölkə arasında nəqliyyat sahəsində, o cümlədən Orta dəhliz çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Tacikistan yüklərinin Azərbaycan üzərindən daşınması məsələlərini müzakirə etdik. Noyabrda Bakının ev sahibliyi edəcəyi COP29-da Tacikistanın iştirakı barədə fikir mübadiləsi apardıq", - deyə nazir bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]