TAHİR ABDULLA OĞLU ABDULLAYEV
Tahir Abdullayev 1915-ci il avqustun 25-də Naxçıvan şəhərində anadan olmuşdur. O, 1933-cü ildə Nəriman Nərimanov adına Sənaye Texnikumunu bitirmişdir. Memarlığa olan marağı Tahir Abdullayevi həmin il Azərbaycan Sənaye İnstitutunun memarlıq-tikinti fakültəsinə gətirmişdir. İnstitut təhsilini 1939-cu ildə memarlıq ixtisası üzrə başa çatdırandan sonra Tahir Abdullayev həmin ildən 1941-ci ilə qədər Bakı Şəhər İcraiyyə Komitəsinin Memarlıq Planlaşdırma İdarəsində çalışmış, 1941-1944-cü illərdə müxtəlif tikinti idarələrində baş mühəndis vəzifəsini tutmuş, 1944-cü ildən 1951-ci ilədək olan dövrdə Şəki şəhərinin baş memarı işləmişdir. 1951-ci ildən 1992-ci ilə qədər — 40 ildən artıq bir müddət ərzində Tahir Abdullayev Azərbaycan Dövlət Layihə İnstitutunun direktoru kimi fəaliyyət göstərmiş, 1993-cü ildən ömrünün sonunadək isə “Bakıdövlətlayihə” İnstitutunun əməkdaşı olmuşdur.
Tahir Abdullayev ölkəmizdə müasir memarlıq məktəbinin yaranıb inkişaf etməsində mühüm xidmətləri olan sənətkar kimi yaxşı tanınırdı. O, həyatının yarım əsrdən artıq bir dövrünü quruculuq və abadlıq işlərinə həsr etmiş, respublikada milli memarlıq ənənələrinin davam etdirilib zənginləşdirilməsi işində öz bilik və bacarığını əsirgəməmişdir. Azərbaycanın Bakı, Sumqayıt, Naxçıvan və başqa şəhərlərində bir çox təhsil və mədəniyyət ocağı, inzibati bina, yaşayış kompleksi layihələrinin müəllifi Tahir Abdullayev olmuşdur. Onun heykəltəraşlarla sıx əməkdaşlığı sayəsində ölkəmizin görkəmli şəxsiyyətlərinə ucaldılmış möhtəşəm abidələr bu gün də Azərbaycan paytaxtının və digər bölgələrin meydan və küçələrini bəzəyir.
1940-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvü olan Tahir Abdullayev uzun illər ərzində həmin ittifaqın rəhbərliyində təmsil olunmuşdu. Bu təşkilatın ölkəmizdə çoxşaxəli fəaliyyətinin təşəkkül tapması və inkişafında, Azərbaycan memarlıq sənətinin nailiyyətlərinin təbliğində Tahir Abdullayevin böyük əməyi olmuşdur.
Tahir Abdullayevin Azərbaycan milli memarlığı qarşısındakı xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla təltif olunmuş, fəxri adlara və mükafatlara layiq görülmüşdür.
Görkəmli memar, bacarıqlı təşkilatçı, səmimi və qayğıkeş insan Tahir Abdullayevin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev, Murtuz Ələsgərov,
Artur Rasizadə, Ramiz Mehdiyev,
Elçin Əfəndiyev, Abid Şərifov,
Hacıbala Abutalıbov, Fatma Abdullazadə,
Nizami Xudiyev, Şair Həsənov,
Ömər Eldarov, Rasim Əfəndiyev,
Gülçöhrə Məmmədova, Hafiz Əmirxanov,
Şamil Fətullayev,Tələt Xanlarov,
Yuzef Qədimov, Abbas Ələsgərov,
Yaşar Mirzəzadə.
MÜƏLLİFLƏ ƏLAQƏ
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:26]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb
- 28.09.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [20:00]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [19:58]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:44]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:36]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [19:19]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [19:17]
Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni
- 28.09.2026 [19:06]
Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil
- 28.09.2026 [19:05]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:57]
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb
- 28.09.2026 [18:55]
“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:45]
MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb
- 28.09.2026 [18:31]
Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb
- 28.09.2026 [18:30]
Hər şey Vətən üçün... - şəhidin son döyüşü
- 28.09.2026 [18:27]
Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub
- 28.09.2026 [18:26]
BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir
- 28.09.2026 [18:19]
Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb
- 28.09.2026 [18:07]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [18:04]
“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə
- 28.09.2026 [18:03]
Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir
- 28.09.2026 [18:03]
Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH
- 28.09.2026 [17:49]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:39]
Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu
- 28.09.2026 [17:37]
Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır
- 28.09.2026 [17:37]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [17:35]
Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH
- 28.09.2026 [17:34]
Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb
- 28.09.2026 [17:27]
Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH
- 28.09.2026 [17:25]
Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb
- 28.09.2026 [17:24]
Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq
- 28.09.2026 [17:18]