Tahir Gözəl: “Qarabağ”ın ən güclü 24 komanda arasında olması möcüzədir
Bakı, 17 fevral, AZƏRTAC
Biz savaşan komandayıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İngiltərənin “Nyukasl” komandasına qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
O, bildirib ki, 2000-dən artıq klub arasında ilk “24-lük”də yer almaq böyük nailiyyətdir: “Bu, sözün əsl mənasında möcüzədir. Hamımız bununla qürur duyuruq. Komandamız sıx oyun qrafiki ilə çıxış edir. Futbolçular müəyyən yorğunluq hiss etsələr də, motivasiya ən yüksək səviyyədədir. Sabahkı qarşılaşmanın vacibliyini yaxşı bilirik. Rəqib büdcə baxımından bizdən qat-qat üstündür. Nəticənin necə olacağını indidən söyləmək çətindir”.
Tahir Gözəlin sözlərinə görə, komanda bu mərhələyə Prezident İlham Əliyevin və xalqımızın dəstəyi, baş məşqçi Qurban Qurbanovun əməyi, futbolçuların fədakarlığı sayəsində gəlib çatıb.
Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [14:53]
“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb
- 08.06.2026 [14:09]
Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]
Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb
- 08.06.2026 [10:56]
Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb
- 08.06.2026 [10:29]