Tailand “CoronaVac” peyvəndi ilə vaksinasiyaya başlayıb
Pekin, 28 fevral, AZƏRTAC
Tailandda fevralın 28-də əhalinin COVID-19 virusuna qarşı vaksinasiyası başlayıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, vaksinasiyada Çinin “Sinovac Biotech” şirkətinin “CoronaVac” peyvəndindən istifadə olunur. İlk peyvənd olunanlar isə Baş nazirin müavini, səhiyyə naziri, habelə kənd təsərrüfatı və mədəniyyət nazirləri, digər rəsmilər olub.
Tailandın Baş naziri Prayut Çan-o-ça vaksinasiyanın başlamasını pandemiya ilə mübarizədə tarixi hadisə kimi dəyərləndirib.
Vaksinasiyanın ilk günü Tailandda COVID-19 infeksiyasının yeni ocağı olan Samut Sahkon vilayətində xüsusi risk qrupundan olan 159 nəfərə peyvəndin ilk dozası vurulub.
Qeyd edək ki, fevralın 24-də Tailand hökuməti Çinin “Sinovac Biotech” şirkətinin COVID-19 əleyhinə “CoronaVac” adlı peyvəndinin təcili istifadəsini təsdiqləyib. Elə həmin gün vaksinlərin 200 min doza həcmində ilk partiyası Tailanda gətirilib. Martda və apreldə daha 1,8 milyon doza peyvənd gətiriləcək. Tailandın xəstəliklərə nəzarət departamentinin direktoru Opas Kankavinponq ilk olaraq tibb işçilərinə, COVID-19 xəstələri ilə yaxın təmasda olanlara, 60-dan yuxarı yaşı olanlara peyvənd vurulacağını bildirib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]