Tailand ilin sonunadək turizm sənayesindən 53 milyard dollar gəlir əldə etməyi planlaşdırır
Bakı, 2 sentyabr, AZƏRTAC
Tailand ilin sonuna kimi 36 milyon xarici turist qəbul etməyi və turizm sənayesindən 53 milyard dollar gəlir əldə etməyi gözləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti məlumat yayıb.
Tailandın Turizm İdarəsinin rəhbəri Thapani Kiatphaibunun sözlərinə görə, buna 93 ölkənin vətəndaşları üçün tətbiq edilən 60 günlük vizasız rejim, habelə hava səfərlərinin 82 faizinin COVID pandemiyası ərəfəsindəki səviyyədə bərpası kömək etməlidir.
Cari ilin əvvəlindən Tailanda 23 milyondan çox turist gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]
Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]