Tailandın Baş naziri Prayut Çan-Oça siyasətdən uzaqlaşır
Bakı, 11 iyul, AZƏRTAC
Doqquz il öncə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmiş Tailandın Baş naziri Prayut Çan-Oça siyasətdən getmək barədə qərar qəbul edib.
AZƏRTAC “Bangkok Post” qəzetinə istinadla xəbər verir ki, siyasətçi bu qərarını qurucusu olduğu Birləşmiş Tailand Milləti Partiyasının mayın 14-də keçirilən parlament seçkilərində göstərdiyi zəif nəticə ilə əlaqələndirib.
Qeyd edək ki, 2014-cü ildə Tailandda baş vermiş hərbi çevrilişdən sonra ölkə parlamenti general Prayut Çan-Oçanı Baş nazir postuna seçib. Bu il mayın 14-də ümumxalq səsverməsi ilə keçirilən parlament seçkilərində isə Pita Limjaroenratın İrəli Hərəkət Partiyası qalib gəlib. Hökumət başçısı postuna seçkilər iyulun 13-nə təyin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]