Tanınmış azərbaycanlı tarixçinin 86 yaşı tamam olmuşdur
Moskva, 29 noyabr (AZƏRTAC). Tanınmış azərbaycanlı tarixçi, Rusiyada nəşr olunan “Voprosı istorii” jurnalının baş redaktoru, tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) rəyasət heyətinin üzvü Əhməd İsgəndərovun 86 yaşı tamam olmuşdur. Bu münasibətlə ÜAK-ın icraçı direktoru İlqar Hacıyev və konqresin müşaviri Manaf Ağayev ÜAK-ın prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki Məmməd Əliyevin adından Əhməd İsgəndərovu təbrik etmiş, ona cansağlığı, fəaliyyətində uğurlar arzulamışlar.
Əhməd İsgəndərovun Rusiya elminin inkişafında və Rusiyada Azərbaycan diasporunun fəaliyyətində xidmətləri xüsusi vurğulanmışdır. ÜAK-ın icraçı direktoru İlqar Hacıyev demişdir: “Tanınmış Rusiya tarixçisi, bir çox elmi əsərlərin müəllifi kimi siz diasporumuzun da fəaliyyətində yaxından iştirak edirsiniz. Sizin “İmperiyanın süqutu” monumental əsəriniz Rusiyanın ən yeni tarixinin təhlilində mühüm rol oynayır. Kitab həm peşəkarlar, həm də geniş oxucu kütləsi tərəfindən yüksək qiymətləndirilmişdir. Oxucular sizin Yaponiya tarixinin və mədəniyyətinin tədqiqinə həsr olunmuş yeni əsərinizin işıq üzü görməsini səbirsizliklə gözləyirlər”.
Tanınmış alim Əhməd İsgəndərov 1927-ci ildə Bakının Mərdəkan qəsəbəsində anadan olmuşdur. Şərqşünas alim, Rusiyanın Əməkdar Elm Xadimi Ə.İsgəndərov “Rusiya monarxiyası: islahatlar və inqilablar”, “XXI əsr ərəfəsində azad olmuş ölkələr”, Üçüncü dünya: problemlər və perspektivlər”, “Yaponiyanın XVI əsrdə federal şəhəri” və digər kitabların müəllifidir. Onun əsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuşdur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]