TARİFLƏR AŞAĞI SALINACAQ
Rabitə Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, beynəlxalq telefon danışıqları üçün tariflər yaxın vaxtlarda 17-20 faiz aşağı salınacaqdır.
Nazirliyin ekspertləri telefon rabitəsi sahəsində yeni xidmətlərin tətbiqi planları əsasında müvafiq təklif hazırlayaraq Tarif Şurasına təqdim etmişlər. Mobil şəbəkənin xidmətləri üçün tariflərin azaldılmasına dair də tədbirlər görülür, lakin mütəxəssislərin fikrincə, qiymətlərin dəyişdirilməsi haqqında qərar operatorların (Azərsel və Baksel) özləri tərəfindən qəbul olunmalıdır.
Ekspertlər respublikaya üçüncü rabitə operatorunun gəlməsinin qiymətlərin aşağı salınmasına müsbət təsir göstərəcəyi fikri ilə razılaşmırlar. Onların rəyincə, yeni operatorun fəaliyyəti mobil rabitənin təkmilləşməsinə, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşmasına və spektrinin genişlənməsinə yönəldiləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]
® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?
- 22.09.2026 [16:26]