Tarix Muzeyinin yeni ekspozisiyasında “Gəlin otağı”
Bakı, 17 iyul, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında “Gəlin otağı” adlı vitrin təqdim olunacaq.
Bu barədə AZƏRTAC-a müsahibəsində muzeyin Etnoqrafiya Elmi Fond şöbəsinin elmi işçisi Nurəngiz Qarayeva məlumat verib. O bildirib ki, vitrində xalqımızın toy ənənələrinə uyğun olaraq bəzədilmiş gəlin otağı göstərilir. Burada müxtəlif eksponatlar - çəpkən, duvaq, xonça örtüyü, çıraq, güzgü, ətir qabı, bəzək əşyaları və s. yer alır.
Çəpkən astarlı olub, belə qədər bədənə kip tikilir. O, müxtəlif zərli parçalardan hazırlanır. Çəpkənin yaxası, ətəyi, qolunun kənarları zərif bafta və sair tikmələrlə bəzədilir. Bəzən çəpkənin üstündən gümüş kəmər də bağlayırlar. O, Azərbaycanda, Asiyada, Yaxın Şərqdə geniş yayılıb.
Ölkəmizin ayrı-ayrı bölgələrindən toplanmış XIX-XX əsrlərə aid olan həmin eksponatlar öz unikallığı ilə fərqlənir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]
Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir
- 12.06.2026 [17:44]
Regionun aparıcı ali təhsil ocağı: BDU yeni məzunlarını yola salır
- 12.06.2026 [17:20]