Tarix Muzeyinin yeni ekspozisiyasında “Musiqi alətləri” adlı vitrin təqdim ediləcək
Bakı, 20 iyul, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında “Musiqi alətləri” adlı vitrin təqdim ediləcək.
Bu barədə AZƏRTAC-a müsahibəsində muzeyin Etnoqrafiya Elmi Fond şöbəsinin müdiri Gülzadə Abdulova məlumat verib. O bildirib ki, vitrində müxtəlif musiqi alətləri - tar, kamança, nağara, balaban, tütək, saz və digər eksponatlar yer alır.
Ölkəmizdə musiqi sənətinə daim xüsusi diqqət göstərilib və onun inkişafına önəm verilib.
XIX əsrə və XX əsrin əvvəllərinə aid olan həmin eksponatlar öz unikallığı ilə maraq doğurur.