Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixçi-alim Birinci Türkoloji Qurultayın keçirilməsinə səbəb olan amillərdən danışıb

Tarixçi-alim Birinci Türkoloji Qurultayın keçirilməsinə səbəb olan amillərdən danışıb

Bakı, 5 noyabr, AZƏRTAC

Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə əlaqədar silsilə materiallar davam etdirilir. AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri tarix elmləri doktoru Güllü Yoloğlu AZƏRTAC-a müsahibəsində Birinci Türkoloji Qurultayın keçirilməsinə səbəb olan amillərdən danışıb.

İnstitutun şöbə müdiri bildirib ki, XX əsrin əvvəlləri Rusiya imperiyasının dağılması və sovet hakimiyyətinin qurulması ilə müşayiət olunan mürəkkəb ictimai-siyasi hadisələr dövrü idi. 1917-ci il Oktyabr inqilabı Rusiyada çarizmin süqutuna və yeni, sovet ideologiyasına əsaslanan dövlətin yaranmasına şərait yaratmışdı. Bu köklü siyasi dəyişiklik təkcə iqtisadi və ictimai münasibətlərdə deyil, mədəniyyət və dil siyasətində də ciddi islahatlar dalğasına səbəb olmuşdu. Sovet hakimiyyəti milli respublikalar və xalqlar üçün yeni “sosialist mədəniyyəti” yaratmaq məqsədilə əlifba, yazı və maarif sahəsində də genişmiqyaslı dəyişikliklər planlaşdırırdı. Yeni sovet ideologiyası milli xalqların köhnə dini təsirlərdən, xüsusilə də ərəb və kiril əlifbalarından uzaqlaşdırılması məqsədi daşıyırdı. Ərəb qrafikalı yazı İslam mədəniyyəti, Kirill qrafikalı əlifba isə xristianlıqla əlaqələndirildiyindən, bolşeviklər bunu “gerilik” və “keçmişin qalığı” kimi qiymətləndirirdilər. Ona görə də 1920-ci illərin əvvəllərində latın əlifbasına keçid təşviq olunmağa başlandı. Bu istiqamətdə ən mühüm hadisə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay olub. Qurultayda 100-dən çox alim və nümayəndə iştirak etmiş, “yeni türk əlifbası” – latın qrafikalı yazı sisteminə keçid məsələsi geniş müzakirə edilmişdi.

Tarixçi-alim qeyd edib ki, 1917-ci il Oktyabr inqilabından sonra keçmiş imperiya ərazisində yaşayan türk xalqlarının milli-mədəni oyanış prosesi yeni mərhələyə qədəm qoyub: “Həmin dövrdə elm, ədəbiyyat və mədəniyyət sahəsində baş verən yeniliklər, ana dilində təhsilin təşkili və milli yazı sistemlərinin formalaşması məsələsi aktuallaşıb. 1920–1930-cu illər sovet milli siyasətinin “korenizasiya” (yerliləşdirmə) mərhələsi kimi xarakterizə olunur. Həmin siyasətin əsas məqsədi ittifaq respublikalarında yerli xalqların dil və mədəniyyətinin inkişafına şərait yaratmaq, eyni zamanda, bu prosesi sovet ideologiyası çərçivəsində yönləndirmək idi. Zaqafqaziya, Türküstan, Ural-İdel xalqlarında türkologiya elminə maraq xeyli artmış, türk xalqlarının dil, tarix və etnoqrafiyasını öyrənən mütəxəssislər yetişməyə başlamışdı.

O zaman ortaq türk mədəni irsinin tədqiqi, yazı islahatı və latın əlifbasına keçid məsələsi ətrafında geniş müzakirələr gedirdi. Yeni əlifbanın qəbul edilməsi məsələsi yalnız texniki deyil, həm də siyasi və ideoloji mahiyyət daşıyırdı. Latın qrafikasına keçid həm türk xalqları arasında mədəni inteqrasiyanı gücləndirmək, həm də ərəb və Kirill qrafikalı əlifbalardan uzaqlaşmaqla dini təsiri azaltmaq məqsədi güdürdü.

Elmi dairələrdə, xüsusilə Azərbaycan, Tatarıstan və Orta Asiya alimləri arasında bu istiqamətdə fəal müzakirələr aparılırdı. Nəticədə 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın çağırılması ideyası irəli sürüldü. Qurultayın keçirilməsində məqsəd türk xalqlarının elmi əməkdaşlığını möhkəmləndirmək, ortaq terminologiya və əlifba məsələlərini müzakirə etmək, eyni zamanda, Sovet İttifaqında türk xalqlarının dil və mədəniyyət siyasətini sistemləşdirmək idi”.

Güllü Yoloğlu bildirib ki, Birinci Türkoloji Qurultayın keçirilməsinə təkan verən başlıca tarixi amil kimi sovet hakimiyyətinin milli siyasəti, yerli xalqların dil və mədəniyyətinin “rəsmi şəkildə” inkişaf etdirilməsinə təşəbbüs götürülürdü: “Bura türk xalqları arasında milli-mədəni oyanış hərəkatını, elm və maarif sahəsində milli kimliyin qorunması cəhdlərini, yeni əlifba və yazı islahatı məsələsini, latın qrafikasına keçidin ideoloji və praktiki zərurətini, türkologiya elminin təşəkkülünü, alimlərin ortaq elmi əlaqələrinin güclənməsini, Bakının elmi-mədəni mərkəzə çevrilməsini, 1920-ci illərdə Azərbaycanın regionda qabaqcıl intellektual mühitə malik olmasını da əlavə etsək, Birinci Türkoloji Qurultayın keçirilməsinə təkan verən tarixi amillər öz əksini tapacaqdır. Lakin bütün bunlardan əvvəl daha bir amil də vardı ki, o amil sovet dövründə pərdə arxasında qalmışdır. Məsələ burasındadır ki, fəhlə-kəndli hərəkatının rəhbəri V.İ.Lenin latın qrafikalı əlifbanın tərəfdarı idi.

Nəticə etibarilə, 1926-cı ilin mart ayında Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay yalnız elmi hadisə deyil, həm də dövrün ictimai-siyasi reallıqlarının nəticəsi kimi tarixə düşdü. Qurultay türkologiyanın elmi əsaslarını müəyyənləşdirməklə yanaşı, türk xalqları arasında elmi və mədəni birliyin möhkəmlənməsində mühüm mərhələ oldu.

Lakin 1930-cu illərin sonlarından etibarən, SSRİ-də milli siyasətin istiqaməti dəyişdi. Stalin dövründə mərkəzləşmə və ruslaşdırma siyasəti gücləndi. 1939–1940-cı illərdə bütün türk respublikaları və digər xalqlar latın əlifbasından Kirill qrafikasına keçməyə məcbur edilmişdi.

Bu dəyişiklik xalqların mədəni yaxınlaşması əvəzinə, rus dilinin dominant rolunu möhkəmləndirmiş, türk xalqları arasında yazı birliyini pozmuş, milli ədəbiyyatların, təhsil sistemlərinin sovet ideoloji çərçivəyə salınmasına xidmət edib.

Beləliklə, 1917-ci il Oktyabr inqilabından sonra Kirill əlifbasının dəyişdirilməsi prosesi əvvəlcə “maarifləndirmə” və “modernləşmə” adı altında həyata keçirilsə də, sonradan siyasi nəzarət və ideoloji mərkəzləşmə vasitəsinə çevrildi. Əvvəlcə latınlaşma, daha sonra kiril qrafikasına məcburi keçid sovet milli siyasətinin ziddiyyətli mahiyyətini milli mədəniyyətlərin dirçəldilməsi ilə eyni zamanda onların idarə altında saxlanılmasını əks etdirmiş oldu”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur