Tarixçi alimin Türkiyədə keçirilən beynəlxalq simpoziumda məruzəsi dinlənilib
Bakı, 29 iyul, AZƏRTAC
Türkiyənin Aydın Adnan Menderes Universiteti, Səlcuq Universiteti tərəfindən “Professor Aydın Novruzoğlu ərməğanı” mövzusunda XVII Beynəlxalq Türk Mədəniyyəti, Sənəti və Mədəni Mirası Qoruma” simpoziumu keçirilib.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi dosent Əli Fərhadovun “Pəhləvilər dövründə dini-fəlsəfi məsələlərə dair (Seyid Məhəmmədhüseyn Təbatəbai nümunəsi)” mövzusunda məruzəsi (onlayn) dinlənilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Ə.Fərhadov dövrün ictimai, elmi-fəlsəfi mənzərəsi, təbrizli mütəfəkkir Təbatəbainin dini-fəlsəfi əsərləri, təsəvvüfi şeirləri, o cümlədən “əl-Mizan” təfsiri haqqında geniş məlumat verib, İbn Sina, Molla Sədra kimi filosofların əsərlərinin Təbatəbai tərəfindən təbliğindən və bunun H.Korbin kimi Qərb filosoflarına təsirindən danışıb.
Məruzəçi Təbatəbainin əsərlərinin öyrənilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Simpozium materiallarının nəşr edilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:20]
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq
- 29.09.2026 [15:50]
Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir
- 29.09.2026 [15:17]
Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib
- 29.09.2026 [13:24]
Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub
- 29.09.2026 [13:09]