Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tarixi Qarabağın 1899-cu il xəritəsi: kartoqrafik-toponimik təhlil

Tarixi Qarabağın 1899-cu il xəritəsi: kartoqrafik-toponimik təhlil

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycan ərazisi XVIII-XIX əsrlərdə aktiv şəkildə xəritəyə köçürülürdü. XIX əsrdə Azərbaycanda topoqrafik planaalma xüsusilə intensiv şəkildə aparılırdı ki, bu da Rusiyanın hərbi ehtiyacları ilə əlaqəli idi. Topoqrafik planaalma iki, beş və on verst, bəzi bölgələr və şəhərlər üçün isə - bir verst, yarım verst daha böyük miqyasda aparılırdı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Elm və Təhsil Nazirliyi akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Kartoqrafiya və geoinformatika şöbəsinin müdiri coğrafıya üzrə fəlsəfə doktoru dosent Şamil Əzizovun “Tarixi Qarabağın 1899-cu il xəritəsi: kartoqrafik-toponimik təhlil” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Azərbaycanda sovet hakimiyyətinin qurulmasından əvvəl hərbi məqsədlər üçün topoqrafik planaalma ilə yanaşı, xəritə tərtibatı və müxtəlif mövzulara aid xüsusi xəritələrin nəşri ayrı-ayrı idarələr - Torpaq və Əmlak Nazirliyi, Torpaq Mərz İdarəsi, Dövlət Mülkləri və Əkinçilik Nazirliyi, Köçürmə İdarəsi, Rabitə Yolları İdarəsi və s. tərəfindən hazırlanırdı. Əksər topoqrafik planaalma nəticələri xəritələrin tərtib və nəşr olunduğu xüsusi topoqrafik depo-anbara (Tiflisdə) daxil olurdu.

Məzmununa görə böyük elmi-təcrübi əhəmiyyəti olan xəritələrdən biri - “Karta Karabaqskix kazyonnıx letnix pastbiş” (Qarabağ dövlət yay otlaqlarının xəritəsi) - 1899-cu ildə M.A.Skibitski tərəfindən Tiflisdə nəşr olunub və “Materialı dlya ustroystva kazyonnıx letnix i zimnix pastbiş i dlya izuçeniya skotovodstva na Kavkaze” (Tiflis, 1899, tom 4) kitabında yer alıb. M.A.Skibitski uzun müddət Zaqafqaziyada (indiki Cənubi Qafqaz) işləyib və inqilabdan əvvəl burada torpaq idarəçiliyinə rəhbərlik edib. O, həmçinin Qarabağda otlaq təsərrüfatı ilə bağlı əhəmiyyətli iqtisadi tədqiqatlar aparıb. 1920-ci illərin əvvəllərində Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda iştirak edib, iki respublikanın inqilabi komitələrinin sədrləri - S.Kasyan və N.Nərimanovla şəxsən tanış olub. M.A.Skibitski uzun illər ərzində Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin torpaq komissiyasının 1928-ci ilədək fəaliyyətinə dair bir çox qiymətli faktiki materialları əks etdirən qeydlərin qorunub saxlanıldığı Qarabağ tarixinə dair geniş bir arxiv toplayıb. 1929-cu ildə S.M.Kirov və Ermənistanın inqilab komitəsinin sədri S.İ.Kasyan bu materiallarla tanış olublar.

Kartoqrafik mənbələr, xüsusilə, “Qarabağ dövlət yay otlaqlarının xəritəsi” bu ərazinin tarixinin, iqtisadi inkişafının, coğrafiyasının və toponimlərinin öyrənilməsi üçün dəyərli məlumatlar verir. Həmin xəritə on verst (1 düymdə 10 verst) miqyasda tərtib edilib (1:420000). Koordinat şəbəkəsinə malik xəritədə paralellər və meridianlar 15 dəqiqədən bir çəkilib. Bütün növ yaşayış məntəqələri, yol və çay şəbəkələri ətraflı şəkildə göstərilib, dövlət, quberniya və qəza sərhədləri çəkilib. Yelizavetpol quberniyasının Cəbrayıl, Cavanşir, Yelizavetpol, Zəngəzur, Şuşa qəzalarının və Bakı quberniyasının Cavad qəzasının bir hissəsinin otlaqları xəritədə fərqli rəngli fonla verilib. I - VIII rum rəqəmləri ilə səkkiz bölgə göstərilir: Murovdağ, Yuxarı-Tərtər, Zəngəzur, Sisian, Kopan, Qırx-Qız, Kirs-Sarıbaba, Kirs-Ziarat.

Kitabın və onun əlavəsi olan xəritənin müəllifi M.A.Skibitski yazırdı: “Araşdırılan Qarabağ otlaqları (eylaqları) Yelizavetpol quberniyasının Cavanşir, Zəngəzur, Şuşa və Cəbrayıl qəzalarında, Qarabağ adlanan ərazinin hüdudlarında yerləşir və daha əvvəl, 1828-ci ildə Rusiyaya birləşdirilməsinə qədər xüsusi Qarabağ xanlığını təşkil edirdi”.

M.A.Skibitski tərəfindən tarixi Qarabağın kəndləri, həyətləri (ailə və ya təsərrüfatlar) və əhalisinin etnik tərkibi barədə mühüm statistik məlumatlar verilir: “Təsvir edilmiş eylaqların istifadəçilərinin ümumi sayı - 26038 həyət evi (ailə və ya təsərrüfatlar) olanlar, 452 kənd arasında paylanmışdır ki, onlardan Cəbrayıl qəzasının 81 kəndində 4048 ailə, Cavanşir qəzasının 102 kəndində 5064 ailə, Yelizavetpol qəzasının 4 kəndində 331 ailə, Zəngəzur qəzasının 175 kəndində 9432 ailə, Şuşa qəzasının 81 kəndində 5223 ailə və Cavad qəzasının 9 kəndində 1940 ailə var.

Etnik tərkibinə görə sözügedən istifadəçilər Azərbaycan tatarlarına (çar dövründə rusiyalı məmurlar azərbaycanlılara tatar deyirdilər - müəllif), kürdlərə, ermənilərə və tatlara (XIX əsrdə Cənubi Azərbaycandan köçmüş azərbaycanlılara tat deyirdilər - müəllif) bölünürdülər. Qarabağ boyunca səpələnmiş 333 ayrı kənddə və Gəncə ovalığında yerləşən iki kənddə 18919 ailə sayında tatarlar yaşayırdı; 3510 ailədən ibarət kürdlər, Zəngəzur qəzasındakı Akara və Bərguşad çayları, Cavanşir qəzasındakı Tərtər və Tutku dərələri boyunca və Cəbrayıl qəzasındakı Bərguşad çayının aşağı axarı boyunca 69 kənddə yaşayırdılar; 3408 ailə tərkibində olan ermənilər - Cavanşir, Zəngəzur və Cəbrayıl qəzalarının yüksək hissəsindəki 47 kənddə və 201 ailə sayda olan tatlar isə Zəngəzur qəzasının Migri sahəsinin bir kəndində (Nüvədi) yaşayırlar”.

1893-cü ildə Zaqafqaziya bölgəsi əhalisinə dair statistik məlumatlara istinad edərək, M.A.Skibitski Yelizavetpol quberniyasının tatarları və kürdləri arasında ailənin (həyətin) orta ölçüsünün 5.3 nəfər, ermənilərdə - 7.1 nəfər, Nüvədi kəndində tatlarda 4.6 nəfər, Bakı quberniyasının Cavad qəzasının tatarlarında isə 6 nəfər olduğunu yazır. Beləliklə, bütün qəzalarda hər etnik qrupun ailələrinin (həyətlərinin) ümumi sayını və hər ailəyə (həyətdə) düşən ortalama adam sayını bilməklə XIX əsrin sonunda tarixi Qarabağ əhalisinin etnik tərkibi üçün orta göstəriciləri hesablamaq mümkündür: tatarlar (Yelizavetpol quberniyasının qəzalarına görə) 1 ailəyə düşən ortalama adam sayını (5.3) və ailələrin ümumi sayını (16979) nəzərə almaqla, cəmi 89989 nəfər idi; Cavad qəzasında (Bakı quberniyası) tatarlar (6 nəfər × 1940 ailə) 11640 nəfər; kürdlər (5.3 nəfər × 3510 ailə) 18603 nəfər; ermənilər (7.1 nəfər × 3408 ailə) - 24197.0 nəfər; tatlar (4.6 nəfər × 201 ailə) - 925 nəfər təşkil edirdi. Ümumilikdə, Qarabağ bölgəsinin bütün qəzaları üçün əhali 145354 nəfər idi.

Statistik göstəricilər, rus tədqiqatçısı M.A.Skibitskinin qeyd etdiyi kimi, Azərbaycan tatarlarının “bütün Qarabağ boyunca səpələnmiş 333 ayrı kənddə yaşadıqlarını” və bununla yanaşı XIX əsrin sonunda həm kəndlərin, həm də əhalinin sayına görə əhəmiyyətli üstünlüyə malik olduğunu göstərir. 1899-cu ildə azərbaycanlılar (tatarlar) 70 faiz, ermənilər - 16,6 faiz, kürdlər - 12,7 faiz və tatlar - bütün Qarabağ əhalisinin 0,7 faizini təşkil edirdilər. Qarabağın 452 kəndindən 333-də azərbaycanlılar yaşayırdılar ki, bu da Qarabağdakı bütün kəndlərin 73,7 faizini təşkil edirdi. Ermənilər ümumi kənd sayının 10,4 faizini təşkil edən 47 kənddə, kürdlər isə Qarabağın 69 (15,3 faiz) kəndində yaşayırdılar.

M.A.Skibitskinin statistik məlumatlarına əlavə olaraq, Qarabağ əhalisinin coğrafiyası, iqtisadiyyatı, etnik tərkibi haqqında zəngin məlumatlar tapa biləcəyimiz bir çox tarixi mənbələr, statistik məlumatların topluları, təqvimləri mövcuddur. Bu mənbələr Qarabağ əhalisinin etnik tərkibindəki say baxımından dəyişiklikləri qərəzsiz izləməyə imkan verir. Buna ehtiyac Qarabağ münaqişəsi (1988-2020) və erməni tərəfinin 1921-1923-cü illərdə Qarabağın dağlıq hissəsindəki ermənilərin sayını süni şəkildə artırmaq üçün əsassız cəhdləri ilə əlaqədar ortaya çıxmışdır.

Qarabağ xanı İbrahim Xəlil xan tərəfindən Kürəkçay sülh müqaviləsinin (1805) imzalanmasından sonra, Qarabağ xanlığı Rusiyanın hərbi üstünlüyünü tanıdı və onun tərkibinə daxil edildi. Gülüstan (1813), Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələri ilə bitən Rusiya-İran (1826-1828) və Rusiya-Türkiyə (1828-1829) müharibələri nəticəsində ermənilərin Şimali Azərbaycana kütləvi köçürülməsi başlandı. Onların sayı sürətlə artdı və əhalinin etnik tərkibinə böyük təsir göstərdi. 1823-cü ilin vergi siyahılarına görə Qarabağ bölgəsindəki əhalinin etnik tərkibi ailə sayına görə aşağıdakı göstəricilərə malik idi: azərbaycanlılar - 15729 ailə (78,3 faiz), ermənilər - 4366 ailə (21,7 faiz), üstəlik, əgər Şuşa əhalisini istisna etsək, onda kənd əhalisinin sayına görə azərbaycanlıların (21,3 faizə qarşı 78,7 faiz) üstünlüyü daha da artır. 1988-ci ilin fevralında başlayan Qarabağ münaqişəsi ilə əlaqədar olaraq tez-tez bildirilirdi ki, 1923-cü ildə DQMV qurulduqda, ermənilər bu süni şəkildə ayrılmış inzibati vahiddə əhalinin 95 faizini təşkil edirlər. Belə bir bölgənin ayrılmasına haqq qazandırmaq üçün qurulmasından bir neçə il əvvəl yuxarı Qarabağ əhalisinin etnik tərkibi haqqında bilərəkdən səhv məlumatlar yayılmağa başladı.

Cənubi Qafqazın (Zaqafqaziya) yeni tarixinin aparıcı tədqiqatçılarından biri, amerikalı professor Tadeuş Svetoxovski (1989) 1919-cu ildə Dağlıq Qarabağ əhalisi arasında azərbaycanlılar və ermənilərin nisbətinin 3:2 olduğunu qeyd etmişdi. M.A.Skibitskinin statistik məlumatlarına əsasən, XIX əsrin sonunda müəyyənləşdirilə bilər ki, ümumiyyətlə, Qarabağda təxminən 101 min 600 azərbaycanlı və 24 min 200 erməni yaşayırdı. 1899-cu ildə azərbaycanlılar (tatarlar) 70 faiz, ermənilər 16,6 faiz, kürdlər 12,7 faiz və tatlar bütün Qarabağ əhalisinin 0,7 faizini, yəni 1899-cu ildə vahid Qarabağ daxilində yaşayan azərbaycanlıların və ermənilərin sayı 4:1 nisbətində idi. Beləliklə, 1899-1919-cu illər arasında, cəmi 20 il ərzində Qarabağ əhalisinin etnik tərkibi dəyişməyə başlayır və azərbaycanlılarla ermənilərin nisbəti sonuncunun lehinə getdikcə daha çox dəyişir, lakin buna baxmayaraq ermənilərin sayca üstünlüyündən danışmaq olmaz. Aydındır ki, 20 ildə təbii artım səbəbinə nisbətdə belə surətli dəyişiklik ola bilməzdi, çünki XIX əsrin sonunda bütövlükdə Qarabağda yalnız 24200 erməni yaşayırdı.

Tarixi mənbələrdə yalnız 1828-1911-ci illərdə Rusiyanın İran və Türkiyədən bir milyondan çox erməninin bu bölgəyə köçürüldüyü və onların əsasən Şimali Azərbaycan ərazilərinə yerləşdirildiyi qeyd edilir. Tarixi mənbələrdən artımın Türkiyədən və İrandan ermənilərin Cənubi Qafqaza, o cümlədən Yelizavetpol quberniyasına daxil olan Qarabağa çarizmin köçürülmə siyasətinin həyata keçirilməsindən qaynaqlandığı məlumdur.

Yaşayış məntəqələrinin, oroqrafik və hidroqrafik obyektlərin, həmçinin bulaq, kəhriz, məscid, kilsə, monastır adları daxil olmaqla, bütün adları özündə cəmləşdirən “Qarabağ dövlət yay otlaqlarının xəritəsi”ndə mindən çox coğrafi ad (toponim) göstərilir. 1035 toponimdən, M.A.Skibitskinin xəritəsində qeydə alınmış coğrafi adların ümumi sayının 866-sı və ya 84 faizi Azərbaycan-türk mənşəli, 5 faizi erməni mənşəli, 11 faizi isə digər mənşəli toponimlərdir.

Beləliklə, M.A.Skibitski tərəfindən tərtib edilmiş xəritənin təhlili əsasında aşağıdakı nəticələrə gəlmək olar:

- XIX əsrin sonunda coğrafi adların əksəriyyəti (84 faiz) və bu səbəbdən tarixi Qarabağın toponimik fonu Azərbaycan-türk mənşəlidir və ən qədimdir;

- XIX əsrin sonuna aid xəritə həm təbii, həm də iqtisadi baxımdan tarixi Qarabağın aran (düzənlik) və yuxarı (dağlıq) hissələrinin birliyini, bütöv ekosistem olduğunu göstərir. Xəritənin coğrafi məzmun elementləri azərbaycanlıların Qarabağın düzənlik və dağlıq hissələrinin əsas istifadəçiləri olduqlarını təsdiqləyir;

- yuxarıdakı nəticələr, fikrimizcə, Qarabağın vahid bir təbii-iqtisadi sistem (ekosistem) olduğunu başa düşmək üçün arqument ola bilər. Əvvəlcə muxtar vilayət “Dağlıq Qarabağ” olaraq təyin edilmiş və daha sonra isə (30-cu illərin əvvəllərindən) onun bir qədər fərqli, “mahiyyət etibarilə eyni olmayan” “Dağlıq Qarabağ Muxtar Vilayətinə” necə çevrildiyi məlum deyil. DQMV-i süni inzibati vahid olaraq Qarabağın təbii-iqtisadi bütövlüyünü pozdu, lakin bu bölgə üçün ən təhlükəli nəticələr sonradan Qarabağ münaqişəsinin və iki müharibənin (1988-2020) əsas səbəbi olan erməni millətçiliyi və separatizmi ilə əlaqəlidir;

- 1923-cü ildə DQMV-in qurulmasından sonra hadisələrin sonrakı gedişi göstərdi ki, bu inzibati ərazi vahidi əslində gec açılan bombaya çevrildi. Erməni millətçi-separatçıları və onların xarici təhrikçiləri, xüsusi xidmət orqanları Azərbaycanda, Cənubi Qafqazda daxili vəziyyəti bu bomba vasitəsilə partlatmağa hazırlaşdıqları zaman, həm də SSRİ-nin dağılması üçün zəncirvari reaksiya başlanğıcı olaraq istifadə etməyi planlaşdırırdılar. Tarixin sonrakı inkişafı 1921-1923-cü illərdə daşnak erməniləri tərəfindən bolşeviklərlə birlikdə hazırlanan bu ssenarini 1988-2020-ci illərdə tam təsdiqlədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir