DÜNYA
Tarixi Qaziantep qalasının bir hissəsi zəlzələ nəticəsində uçub VİDEO
Bakı, 6 fevral, AZƏRTAC
Fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində tarixi Qaziantep qalasına da ciddi ziyan dəyib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, zəlzələnin təsirindən qala divarlarının bir hissəsi və bəzi bürcləri uçub. Qalanın yaxınlığında yerləşən XVII əsrə aid tarixi Şirvani məscidinin də qübbəsi və divarı çöküb.
Qaziantep qalası 2000-ci illərin əvvəllərində təmir olunmuşdu.