Tbilisidə polisin avtomobilini zədələyən Rusiya vətəndaşı saxlanılıb
Tbilisi, 31 mart, AZƏRTAC
Martın 28-də Tbilisidə keçirilən etiraz aksiyası zamanı Rusiya vətəndaşı Gürcüstan polisinə aid avtomobilini zədələyib. Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxs, Rusiya vətəndaşı 1995-ci il təvəllüdlü D.K. saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Bildirilib ki, martın 28-də Rustaveli prospektində keçirilən aksiyada üzünü xüsusi maska ilə gizlədən şəxs DİN-in balansında olan avtomobili məqsədli şəkildə zədələyib və hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi operativ tədbirlər nəticəsində onun kimliyi müəyyən edilib və Tbilisidə saxlanılıb.
Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır.
Cinayət sübuta yetirilərsə, saxlanılan şəxs 3 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]