TBİLİSİDƏ QARA DƏNİZ ÖLKƏLƏRİ AVTOMOBİL DAŞIMALARI ASSOSİASİYASININ YIĞINCAĞI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tbilisinin “Mariott” mehmanxanasında Qara Dəniz Ölkələri Avtomobil Daşımaları Assosiasiyasının geniş tərkibdə yığıncağı keçirilmişdir. Yığıncaqda 11 ölkənin nümayəndəsi iştirak etmişdir. Tədbirdə respublikamızı Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosiasiyasının prezidenti Tofiq Nurullayev və Assosiasiyanın baş katibi Orxan Əfəndiyev təmsil etmişlər.
Tofiq Nurullayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, yığıncaqda əsasən, beynəlxalq yük daşıyıcılarının fəaliyyəti və sürücülər üçün viza rejiminin sadələşdirilməsi, onlara Beynəlxalq sertifikatlar verilməsi, MDB ölkələrində vahid çəki sertifikatlarının tətbiqi və s. məsələlər müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]