TBİLİSİDƏ RUSİYA-GÜRCÜSTAN BİZNES KONFRANSI BAŞLAMIŞDIR
Gürcüstan Prezidenti Mixail Saakaşvili konfransı açaraq tədbir iştirakçılarına uğurlar diləmişdir. Prezident Gürcüstanda yaxın keçmişdə biznes üçün qeyri-sabit vəziyyətin mövcud olduğunu, hazırda ölkədə qayda-qanunun və sabitliyin bərpa edilməsi nəticəsində bu sahənin inkişafı üçün yaxşı şərait yaradıldığını bildirmişdir.
Konfransda Gürcüstanın Baş naziri Zurab Jvaniya, Rusiya Federasiyası iqtisadi inkişaf və ticarət naziri, nümayəndə heyətinin başçısı German Qreb çıxış etmişlər.
Rusiyalı biznesmenlər Gürcüstana böyük məbləğdə sərmayələr qoymaq niyyətindədirlər. Xatırladaq ki, son 13 ildə Gürcüstan və Rusiya biznesmenləri üçüncü dəfədir ki, belə mötəbər məclisdə görüşür, yeyinti sənayesi, energetika və ticarət sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edirlər. 100-dək rusiyalı biznesmenin iştirak etdiyi konfrans mayın 29-da başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.07.2025 [15:29]
İraqda yenidən qurulan Mosul beynəlxalq hava limanının açılışı olub
- 16.07.2025 [15:15]
Almaniya XİN: İrana qarşı sanksiyaların tətbiqi hələ də gündəmdədir
- 16.07.2025 [15:08]
İran Oman dənizində yanacaq daşıyan xarici tankeri ələ keçirib
- 16.07.2025 [14:50]
OPEC qarşıdakı iki il üçün neftə tələbatla bağlı proqnozlarını dəyişməyib
- 16.07.2025 [14:23]