TDT Baş katibinin müavini: Bugünkü Forum türk ölkələri arasında əlaqələri inkişaf etdirəcək
Şuşa, 21 dekabr, Elmir Səftərov, AZƏRTAC
Çox məmnunam ki, Şuşada keçirilən Forumda iştirak edirəm. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Burada Üzeyir Hacıbəylinin, Natəvanın güllələnmiş heykəllərini gördük.
AZƏRTAC xəbər verir ki, bunu dekabrın 21-də Şuşada keçirilən Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumunda Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Yerjan Mukaş jurnalistlərə açıqlamasında söyləyib.
O qeyd edib ki, bugünkü Forum türk ölkələri arasında əlaqələri inkişaf etdirəcək.