TDT tərəfindən illik Diaspor Birgə Fəaliyyət Planı layihəsi hazırlanır
Bakı, 21 dekabr, AZƏRTAC
“Türk dünyası 2040 vizyonu” çərçivəsində hazırlanan, qısamüddətli addımlarımızı əhatə edən “2022-2026 Strategiya Sənədi”miz var. Bu və daha əvvəlki toplantılarda qəbul etdiyimiz qərarlar çərçivəsində biz illik Diaspor Birgə Fəaliyyət Planı layihəsini hazırlayırıq.
AZƏRTAC xəbər verir ki, bunu dekabrın 21-də Şuşada keçirilən Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumunda Türk Dövlətləri Təşkilatının layihə direktoru Ali Çivilər söyləyib.
O bildirib ki, birgə fəaliyyət planının layihəsi təşkilata üzv ölkələrin Xarici İşlər nazirliklərinə və diaspor təşkilatlarına göndərilir, mümkün olduğu təqdirdə, işçi qrupları və liderlər arasında keçirilən tədbirlərdə müzakirə edilir.