TDT-yə üzv ölkələrin diaspor məsələlərinə məsul şəxsləri Şuşada
Şuşa, 21 dekabr, Elmir Səftərov, AZƏRTAC
Dekabrın 21-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumunun iştirakçıları Şuşa şəhəri ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, Forum iştirakçıları əvvəlcə Qala divarlarını ziyarət ediblər. Qonaqlara Qala divarları haqqında məlumatlar verilib. Xatirə şəkli çəkdirilib.
Forum iştirakçıları sonra Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar.