Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təbii sərvətlərimizin talanmasının ətraf mühitə vurduğu ziyan Azərbaycan vətəndaşlarının hüquqlarının pozulmasıdır RƏYLƏR

Təbii sərvətlərimizin talanmasının ətraf mühitə vurduğu ziyan Azərbaycan vətəndaşlarının hüquqlarının pozulmasıdır RƏYLƏR

Bakı, 20 dekabr, AZƏRTAC

Son dövrlərdə qlobal ekoloji problemlərin həlli daha da aktuallaşmaqdadır. Çünki ekoloji mühitin pozulması artıq birbaşa insanların sağlam ətraf mühitdə yaşamaq hüququnu təhdid edəcək qədər təhlükəli həddə çatıb. Ona görə də Avropa ölkələri qarşıdakı şəkildə yaşıl enerji ilə illərdə mərhələli təchiz olunmaq üçün xüsusi proqram qəbul ediblər. Eyni zamanda, BMT dünyanın ən böyük beynəlxalq təşkilatı kimi üzv ölkələrlə ekoloji problemlərin həlli istiqamətində intensiv iş aparır və müxtəlif proqramlar çərçivəsində əməkdaşlığı gücləndirir. Təsadüfi deyil ki, 2022-ci il iyulun 28-də BMT Baş Assambleyası “Təmiz, sağlam və dayanıqlı ətraf mühitdə yaşamaq hüququ” adlı qətnamə qəbul edib. Bu qətnamə ilə BMT təmiz, sağlam və dayanıqlı ətraf mühitdə yaşamaq hüququnu insan hüquqları kimi tanıyır.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu AZƏRTAC-a açıqlamasında deyib ki, sözügedən qətnamədə BMT-yə üzv dövlətlər hamı üçün təmiz, sağlam və dayanıqlı ətraf mühitin təmin edilməsi üçün müvafiq addımlar atmağa çağırır. Azərbaycan bu strateji istiqamət üzrə çağırışlarda fəal iştirak edən ölkələrdən biri olaraq sənədi dəstəkləyir.

Deputat qeyd edib ki, hazırda milli inkişaf prioritetlərimizdən biri də sağlam ətraf mühitin qorunması və yaşıl enerji ilə təmin olunmaq məsələsidir. Ancaq təəssüf ki, 30 illik işğal dövründə erməni vandalları təbiətimizə qarşı ekosid siyasəti həyata keçiriblər. Azad edilmiş torpaqlarımızda bu gün ekoloji tarazlığı bərpa etmək, ekoloji mühiti normallaşdırmaq istiqamətində çoxşaxəli işlər aparılır. Lakin belə bir vaxtda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan torpaqlarımızda ermənilərin cinayətkarcasına ekoloji mühitimizə zərbə vurmaları, torpaqlarımızı çirkləndirmələri, təbiətimizə bərpası uzun illər çəkə biləcək ziyan vurmaları yolverilməzdir. Bu cür fəaliyyət təkcə ətraf mühit məsələsi deyil, həm də birbaşa insan hüquqlarının, onun təməl prinsipi olan yaşamaq hüququnun təhdid edilməsidir. Ona görə də sülhməramlılar məsələni ciddiyə almalı, təbiətimizə və nəticə etibarilə yaşamaq hüququmuza təhdid yaradan ekoloji çirkləndirməyə məruz qalmış ərazilərimizdə monitorinqlərin aparılmasına şərait yaratmalıdırlar.

Ombudsman Aparatı rəhbərinin müavini Rəşid Rumzadə AZƏRTAC-a bildirib ki, 30 illik işğal dövründə ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə işğal altında olmuş ərazilərin ekologiyasına, regionun ekosisteminə Ermənistan tərəfindən ciddi zərər vurulub, beynəlxalq ekoloji cinayət törədilib. Nəticədə müxtəlif nadir bitki və heyvan növləri məhv olub, çay və göllərdə özünü tənzimləmə prosesinin dayanması su hövzələrinin bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilməsinə gətirib çıxarıb. Transsərhəd çay olan Oxçuçay uzun illər Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalıb və Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyəti aşağı düşüb.

Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam edir. Belə ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden faydalı qazıntı yataqlarının qanunsuz istismarı ciddi ekoloji fəsadlar törətməkdədir.

Haqqında bəhs olunan “Təmiz, sağlam və dayanıqlı ətraf mühitdə yaşamaq hüququ” adlı qətnamədən əvvəl - hələ 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamədə işğal altındakı Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılıb. Eyni zamanda, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunub. Bütün bunlar ciddi pozuntulardır.

Laçın-Xankəndi yolunda keçirilən aksiya ilə bağlı qeyd etməliyik ki, Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinə əsasən, hər kəsin sağlam ətraf mühitdə yaşamaq, ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq, ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. Eyni zamanda, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ictimai birliklər ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarəti həyata keçirmək, təqsirkar təşkilatların, vəzifəli şəxslərin və vətəndaşların məsuliyyətə cəlb edilməsi barədə məsələləri qaldırmaq hüququna malikdirlər.

Göründüyü kimi, milli və beynəlxalq hüquq normalarının pozulması ilə müşayiət olunan bu faktlar Ermənistan hərbi-siyasi rəhbərliyinin ekoloji terror siyasəti yürütdüyünü, ekoloji cinayətlər törətdiyini sübut edir.

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Fatma Yıldırım AZƏRTAC-a açıqlamasında xatırladıb ki, Ermənistan və Qarabağdakı separatçı rejim 30 il ərzində işğal altında olan torpaqlarımızda ekoloji terror törədiblər. Həmin ərazilərdə təbii sərvətlərimiz ermənilər tərəfindən talan olunub, yandırılıb, su ehtiyatları çirkləndirilib, on minlərlə hektar meşə sahəsi məhv edilib. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin iştirakına dair çoxsaylı faktlar mövcuddur. Dövlətimiz tərəfindən həmin şirkətlərlə bağlı hüquqi tədbirlər görüləcək, onlar beynəlxalq məhkəmələrə veriləcək. Bu istiqamətdə işlər davam edir.

“Ermənilərin torpaqlarımızda törətdiyi ekoloji terror beynəlxalq cinayətdir, - deyən F.Yıldırım vurğulayıb ki, Azərbaycan Ermənistanın ekoloji terror siyasəti ilə bağlı həm işğal dövründə, həm də işğaldan sonra müvafiq beynəlxalq təşkilatlara müraciətlər edib. Təəssüf ki, problem özünün adekvat qiymətini almayıb. Bu da dünyada mövcud olan ikili standartların təzahürüdür. Amma bütün hallarda bu məsələ daim dövlətin diqqət mərkəzindədir. Dövlətimiz imkan verməyəcək ki, Qarabağın təbii sərvətləri ermənilər və onların havadarları tərəfindən talansın və ekologiyamıza ziyan vurulsun.

“Ermənilər tərəfimizdən başladılan bu prosesdən ciddi təşvişə düşüblər. Azərbaycan dövləti bu hüquqların pozulması ilə bağlı beynəlxalq instansiyalara müraciət edib və bundan sonra da edəcək. Hazırda bir sıra məsələlərlə bağlı Avropa Məhkəməsinə müraciət edilib. Belə ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə yeni dövlətlərarası şikayət təqdim edib. Avropa Məhkəməsinə göndərilmiş şikayətdə Laçın, Zabux və Susda azərbaycanlıların yüzlərlə mülkünün məhv edilməsinə görə Ermənistanın məsuliyyət daşımasına dair faktlar təqdim edilib. Ümid edirik ki, Avropa Məhkəməsi bu məsələlərə ədalətli baxaraq beynəlxalq hüquq əsasında müvafiq qərarlar qəbul edəcək, Ermənistanı cəzalandıracaq”, - deyə deputat qeyd edib.

Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov AZƏRTAC-a açıqlamasında deyib: “Təbii ki, Azərbaycan ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarı, talan edilməsi və nəticədə həmin fəaliyyətlərin səbəb olduğu ətraf mühitin ciddi şəkildə çirkləndirilməsinin qarşısını almaq məqsədilə Laçın-Xankəndi yolunda 9 gündür davam edən aksiya ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə uyğun şəkildə keçirilir. Belə ki, Azərbaycan Respublikası 1998-ci il Avropa İqtisadi Komissiyasının Ətraf mühit məsələlərində informasiya əldə etmək, qərarların qəbulunda ictimai iştirak və ədalət mühakiməsinə çatımlılıq haqqında Konvensiyanı (Orxus Konvensiyası) ratifikasiya etmiş ölkələrdən biridir. Vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin və ətraf mühitin mühafizəsinə mühüm önəm verən ictimai fəalların təşkil etdikləri dinc aksiyalar isə tamamilə həmin Konvensiyaya uyğundur.

Hesab edirik ki, bu aksiyalar 30 ilə yaxın bir dövr ərzində qanunsuz şəkildə talanan təbii sərvətlərimizlə bağlı hazırkı vəziyyətin öyrənilməsi və buna uyğun olaraq təxirəsalınmaz tədbirlərin görülməsinin təmin edilməsi baxımından çox əhəmiyyətlidir.

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən 2020-ci il noyabrın 10-da imzalanan birgə Bəyanatla münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunduğu tarixədək və ondan sonrakı dövrlərdə ölkəmizə qarşı törətdiyi ekoloji cinayətlərə, ətraf mühitə dəymiş ziyana görə beynəlxalq hüququn normalarına və milli qanunvericiliyə uyğun olaraq Ermənistana qarşı müvafiq məsuliyyət tədbirləri tətbiq edilməlidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır