Təhsil İnstitutunun direktor əvəzi: Dərslərdə diferensial yanaşmanın tətbiqi müşahidə olunmur
Bakı, 12 sentyabr, AZƏRTAC
Müəllimlər adətən yuxarı öyrənmə bacarığı olan şagirdlərlə işləyir, digərləri isə diqqətdən kənarda qalır.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə söyləyib.
Elnur Əliyev bildirib ki, aparılmış monitorinqlərin nəticələrinə görə, dərslərdə diferensial yanaşmanın tətbiqi müşahidə olunmur. Şagirdlərin çoxu dərslərdə passiv dinləyici kimi iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:13]
BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur
- 30.09.2026 [13:17]
Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır
- 30.09.2026 [12:45]
Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür
- 30.09.2026 [12:39]