Təhsil işçiləri və fənn müəllimləri üçün qiymətləndirmə düşərgəsi keçiriləcək
Bakı, 4 avqust, AZƏRTAC
Avqustun 9-11-də Təhsil İnstitutu və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Şirvan şəhərində təhsil işçiləri və fənn müəllimləri üçün qiymətləndirmə düşərgəsi keçiriləcək.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, düşərgənin keçirilməsində əsas məqsəd təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmələr barədə məlumatlılığını artırmaq, təhsil siyasətinin formalaşmasında qiymətləndirmələrin rolunu anlamaq, eləcə də onların səriştə əsaslı qiymətləndirmə vasitələrinin hazırlanması istiqamətində bilik və bacarıqlarını inkişaf etdirməkdir. Eyni zamanda, düşərgə iştirakçıları şagirdlərin oxu və riyaziyyat üzrə biliklərinin real həyatda tətbiqi üzrə qiymətləndirmə vasitələri hazırlayacaqlar.
Düşərgənin sonunda iştirakçılar sertifikatla təltif olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:28]
BDU ilə Misir universitetləri arasında əlaqələr genişlənir
- 09.06.2026 [13:57]
AzMİU Almaniyada beynəlxalq platformada təmsil olunub
- 09.06.2026 [13:06]
Azərbaycan Dillər Universiteti ilk dəfə RUR beynəlxalq reytinqində yer alıb
- 09.06.2026 [13:01]
AzTU və TAU-dan abituriyentlərə xüsusi təqdimat - rektorla görüş
- 09.06.2026 [12:23]
Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb
- 09.06.2026 [12:21]