Təhsil Nazirliyi: Məktəblilərimiz onlayn beynəlxalq gənclər festivalında qalib olub
Bakı, 25 may, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində məktəblilər arasında “IT Stars 2021” II onlayn beynəlxalq gənclər festivalı keçirilib. Festivala Azərbaycan, Qazaxıstan, Rusiya, Belarus və Qırğızıstandan ümumilikdə 420 məktəbli qatılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ölkəmizi yarışmada 25 məktəbli təmsil edib. Onların arasından 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin 4 dərnək üzvü “Proqramlaşdırma”, “Şən və hazırcavablar”, “Kompüterdə sürətli yazı”, “Məni təəccübləndir” nominasiyaları üzrə qalib olub.
Qaliblər təşkilatçılar tərəfindən diplomlarla təltif edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [19:41]
YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib
- 14.10.2026 [18:00]
Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”
- 14.10.2026 [17:25]
BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş
- 14.10.2026 [17:14]
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir
- 14.10.2026 [17:10]