Təhsildə Keyfiyyət Təminatı Agentliyi və “PAŞA Holding” MMC əməkdaşlıq memorandumu imzalayıb
Bakı, 19 iyun, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və “PAŞA Holding” MMC arasında sosial cəhətdən həssas qruplardan olan qadınların işsizlik problemlərinin həllinə dəstək olmaq məqsədilə əməkdaşlıq haqqında memorandum imzalanıb.
TKTA-dan AZƏRTAC-a bildirilib ki, memorandum çərçivəsində agentliyin təşkilatçılığı və “PAŞA Holding” MMC-nin dəstəyi ilə 16 ərizəçi qənnadıçı-şirniyyatçı peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması məqsədilə həyata keçirilən qiymətləndirmə prosesinə cəlb olunub.
Bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsindən uğurla keçmiş ərizəçilər dövlət nümunəli təhsil sənədi əldə edəcək. Prosesin sonunda əldə edilən təhsil sənədi, həmin ərizəçilərin ömürboyu təhsildə iştirakının stimullaşdırılmasında, əmək bazarında özlərini reallaşdırmasında və beləcə cəmiyyətə daha tez inteqrasiyasında rol oynayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [19:41]
YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib
- 14.10.2026 [18:00]
Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”
- 14.10.2026 [17:25]
BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş
- 14.10.2026 [17:14]
“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir
- 14.10.2026 [17:10]