Təhsilin İnkişafı Fondu əməkdaşlıq əlaqələrini genişləndirir
Bakı, 14 mart, AZƏRTAC
Təhsilin İnkişafı Fondu ilə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında əməkdaşlıq razılaşması imzalanıb.
Fonddan AZƏRTAC-a bildirilib ki, sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “VISA”nın 17 ölkəni əhatə edən böyük region üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş imzalayıblar.
Əməkdaşlığın məqsədi ölkə üzrə ali təhsil müəssisələrində müəllimlər və tələbələr tərəfindən edilən nağdsız ödənişlərin stimullaşdırılması ilə bağlı layihələrin həyata keçirilməsidir.
İmzalanma mərasimi Bakıda keçirilən “Visa Cashless Forum 2024 - Rəqəmsal Azərbaycan” tədbiri çərçivəsində baş tutub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:26]
Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası
- 14.10.2026 [11:22]
Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq
- 14.10.2026 [10:45]
UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb
- 14.10.2026 [10:42]