Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təkcə münaqişələrə deyil, hətta faciələrə münasibətdə də ayrı-seçkilik halları mövcuddur - ŞƏRH

Təkcə münaqişələrə deyil, hətta faciələrə münasibətdə də ayrı-seçkilik halları mövcuddur -  ŞƏRH

Bakı, 23 fevral, AZƏRTAC

Dünya nizamı ciddi təhlükə ilə üz-üzədir. Geosiyasi qarşıdurma o səviyyədə kəskinləşib ki, nüvə silahının tətbiqi ilə bağlı ritorika az qala adi hala çevrilib. İş o yerə çatıb ki, təhlükəsiz dünya nizamına görə ilk növbədə məsuliyyət daşıyan böyük dövlətlərin rəsmiləri bir-biri ilə açıq təhdid dilinə keçiblər. Geosiyasi ziddiyyətlər istənilən an birləşmiş Qərb ilə Rusiya arasında birbaşa qarşıdurma müstəvisinə adlaya bilər. Lakin bu vəziyyət bir günün içərisində yetişməyib. Əsas səbəblərdən biri beynəlxalq hüquq normalarının uzun onilliklər ərzində gözardı edilməsi ilə bağlıdır. Sözdə fundamental beynəlxalq prinsiplərin və bəşəri dəyərlərin aliliyinə istinad olunsa da, əslində, xeyli vaxtdır ki, dünyanı böyük güclərin maraqları idarə edir. Mövcud vəziyyət göstərir ki, dünya idarəetmə sistemi nəinki mükəmməllikdən çox uzaqdır, hətta bir sıra hallarda səmərəsiz və ziyanlıdır. Onsuz da mürəkkəb olan idarəetmə prosesində beynəlxalq hüquq normalarının və ədalətin gözlənilməməsi idarəçiliyi daha da ağırlaşdırır. BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunan beş daimi üzvün istək və maraqları qərarların qəbulunda çox vaxt həlledici rol oynayır. Onlardan birinin veto hüququndan istifadə etməsi onunla nəticələnir ki, təhlükəsiz dünya nizamı üçün gərəkli olan qərar ya ümumiyyətlə qəbul edilmir, ya da onların qəbulunda təhlükəli zaman itkisinə yol verilir. Prezident İlham Əliyev elə bu təmayülləri nəzərə alaraq, ən müxtəlif beynəlxalq platformalardan davamlı şəkildə bəyan edir ki, dünya idarəçiliyinin səbəb olduğu ziyanlı fəsadların aradan qaldırılması üçün köklü islahatlara başlamaq zamanıdır. Dövlətimizin başçısı 44 günlük Vətən müharibəsindən altı gün əvvəl, 2020-ci il sentyabrın 21-də BMT-nin 75 illiyinə həsr olunmuş Yüksək Səviyyəli İclasında çıxış edərkən dünya birliyinin diqqətini məhz bu məsələyə yönəltmişdi. Geosiyasi ziddiyyətlərin pik həddə çatmasının səbəbi yalnız bununla məhdudlaşmır. Onlardan biri də BMT Təhlükəsizlik Şurasının imperativ xarakterli qətnamələrinin yerinə yetirilməsi üçün məcburi icra mexanizminin olmaması ilə bağlıdır. Bu mötəbər təşkilatın ölkəmizlə bağlı olan məlum dörd qətnaməsi həm də bu səbəbdən 27 il ərzində kağız üzərində qaldı. Dövlətimizin başçısı üzləşdiyimiz bu acı reallığı nəzərə alaraq, 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı konkret təklif irəli sürmüşdü: “Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmaması BMT-nin nüfuzunu sarsıdır. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizmləri yaradılmalıdır”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülvi Quliyev mövcud dünya nizamı ilə bağlı vəziyyəti şərh edərkən söyləyib.

Deputat qeyd edib: Təəssüf ki, məcburi xarakterli qətnamələrin yerinə yetirilməməsi təkcə icra mexanizmi ilə bağlı deyil. Ən azından son 30 ilin beynəlxalq təcrübəsi göstərdi ki, Təhlükəsizlik Şurasının ayrı-ayrı ölkələrlə bağlı qətnamələri cəmi bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycana gəldikdə, bu, baş vermədi, dörd qətnamədən heç biri 27 il ərzində icra olunmadı. Prezident İlham Əliyev, elə bu səbəbdən, fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusuna həsr olunmuş plenar iclasda çıxış edərkən həmin məqama xüsusi diqqət yetirdi: “Baş nazir Qaribaşvili xatırlatdı ki, 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiyaya qarşı heç bir sanksiya tətbiq olunmadı. Amma mən də deyə bilərəm ki, Ermənistan 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, beynəlxalq hüququ pozdu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və ona qarşı heç bir sanksiya tətbiq olunmadı”.

Azərbaycan Prezidenti bu açıqlaması ilə növbəti dəfə ona işarə etdi ki, bir sıra hallarda beynəlxalq hüquqa göstərilən laqeydlik aparıcı aktorların ikili standartlar siyasətinin nəticəsidir. Rusiya-Ukrayna müharibəsinə görə ötən bir il ərzində şimal qonşumuza qarşı total sanksiyalar tətbiq edildiyi halda, Ermənistana münasibətdə bu qətiyyəti üç onillik ərzində görmədik. Məgər Ermənistan Rusiya ilə müqayisədə kimlərinsə nəzərində daha güclü idi və ya daha böyük siyasi nüfuza malikdir? Təkcə bu faktın özü o deməkdir ki, bəzən böyük güclər münaqişələrə münasibətdə hüquq normalarının tələbindən deyil, öz geosiyasi maraqlarından və ya təəssübkeşlik mövqeyindən çıxış edirlər. Nəticədə isə fərqli coğrafiyalarda baş verən eyni mahiyyətli münaqişələri bir-birindən fərqləndirməklə təhlükəli ayrı-seçkiliyə yol verirlər”.

Ü.Quliyev bildirib ki, Prezident İlham Əliyev, elə bu səbəbdən, plenar iclasda nüfuzlu auditoriyanın diqqətini bu məsələyə də yönəltdi: “Biz 28 il boyunca sülh danışıqları aparmışıq, təsəvvür edin, 1992-ci ildən 2020-ci ilə qədər. Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi. Belə bir vəziyyət Ermənistanı tam qane edirdi... Bu vəziyyət, həmçinin Ermənistanın dünyanın müxtəlif bölgələrindəki dostlarını qane edirdi. Lakin bu, bizi qane etmirdi”.

Dövlətimizin başçısı bu açıqlaması ilə beynəlxalq birliyin diqqətini növbəti dəfə ona yönəltdı ki, təhlükəsiz dünya nizamına olan təhdidləri mümkün edən səbəblər sırasında siyasi riyakarlıq və ayrı-seçkilik halları xüsusi yer tutur. Əgər 1992-ci ildə Ermənistanın işğal siyasətinə və erməni separatçılığına münasibətdə birləşmiş Qərb bu gün Ukraynadakı separatçılığa qarşı sərgilədiyi qətiyyəti göstərmiş olsaydı, bəziləri 28 il ərzində riyakarlıq etməsəydi, digər coğrafiyalarda separatçı meyllərə bu qədər həvəs oyanmaz və yəqin ki, Ukraynanın özü də indiki qədər təhdidlərlə üzləşməzdi. Fransız klassik ədəbiyyatının tanınmış nümayəndəsi Fransua de Laroşfuko kəlamlarından birində belə demişdi: “Bir şey nə qədər cidd-cəhdlə gizlədilsə, bir o qədər tez aşkar olar”. 28 il boyunca imitasiya olunan sülh danışıqları xalqımız üçün nə qədər ağrılı dövr olsa da, tarixi dəyərləndirmə baxımından bu, böyük zaman kəsiyi hesab olunmur. Minsk qrupunun üç həmsədrindən biri olan Fransa erməni təəssübkeşliyini o illər ərzində nə qədər ört-basdır etməyə çalışsa da, fransız filosof-əxlaqşünası Laroşfukonun qeyd etdiyi kimi, riyakarlıq sonda, heç nəyə baxmadan, faş oldu. Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı kimi nüfuzlu beynəlxalq platformada cəmiyyətimiz üçün həssas olan bu məqamı da diqqətdən kənarda qoymadı: “Lakin Fransa hökuməti birtərəfli ermənipərəst mövqe tutduğundan o, bu platformada artıq iştirak etmir. Aydındır ki, vasitəçi olan tərəf tuta və bunu nümayiş etdirə bilməz”.

“Dövlətimizin başçısı bu nüfuzlu beynəlxalq platformadan ona işarə etdi ki, Minsk qrupunun vasitəçiliyi həm də bu cür səbəblərə görə səmərəsiz oldu və ictimai inamı itirdi. Təəssüf ki, siyasi maraqlardan irəli gələn ayrı-seçkilik özünü yalnız münaqişələrə, o cümlədən separatçılığa münasibətdə göstərmir. Nə qədər təəssüfləndirici olsa da, bu cür ayrı-seçkiliyi hətta faciələrə, etnik təmizləmələrə və soyqırımı cinayətlərinə münasibətdə də görmək mümkündür. Onlardan biri də Xocalı soyqırımıdır. Bu gün təhlükəsiz dünya nizamına yönəlmiş çoxsaylı təhdidlərdən narahat olan böyük dövlətlərin bir çoxu guya 108 il əvvəl baş vermiş “erməni soyqırımını” xüsusi təəssübkeşliklə tanıdığı halda, onlardan heç biri cəmi 31 il əvvəl həqiqətən törədilən Xocalı soyqırımını indiyədək tanımayıb. Az qala belə təəssürat yaranır ki, hədəfdə ildən-ilə güclənməkdə olan, müstəqil xarici siyasət yürüdən Türkiyə olduğu üçün, ona qarşı vahid cəbhə açılmışdı. Baxmayaraq ki, Türkiyə rəsmiləri bütün arxivlərin peşəkar mütəxəssis və ekspert araşdırmaları üçün açıq olduğunu dönə-dönə bəyan etmişdi. Xocalı soyqırımına gəldikdə isə, xüsusi araşdırma və tədqiqata da ehtiyac yoxdur. Bu soyqırımı cinayətində 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilmişdi, 1275 mülki insan girov götürülmüşdü. 150 nəfərin taleyi indiyədək məlum deyil. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 487 nəfər Xocalı sakini şikəst edildi, onlardan 76-sı uşaq idi. Vəhşilər 8 ailəni tamamilə məhv etdilər, 25 uşaq hər iki valideynini, 130 uşaq isə onlardan birini itirdi. Xüsusi qəddarlıqla törədilən bu cinayət zamanı 56 mülki insan diri-diri yandırıldı, başlarının dərisi soyuldu, bəzilərinin boyunları vurularaq gözləri çıxarıldı, hamilə qadınların qarınboşluğuna süngü keçirilərək qətlə yetirildi. İnsanlıq əleyhinə yönələn bu amansız cinayətin videogörüntüləri beynəlxalq mediada yayılsa da, təhlükəsiz dünya nizamına görə məsuliyyət daşıyan böyük dövlətlərin susqunluğunun və biganəliyinin səbəbi anlaşılan deyil. Onlar üçün Xocalı cinayətini törədənlərin etirafı, şahidlərin qələmə aldıqları da nədənsə yetərli görünmür. Ermənistanın sabiq prezidenti-Xocalı cəlladı Serj Sarkisyan Karneqi analitik agentliyinin əməkdaşı Tomas de Vaala müsahibəsində bu qanlı cinayətdə iştiraklarını belə etiraf edir: “Xocalıya qədər azərbaycanlılar elə düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməzlər. Biz bu stereotipi qırmalı idik. Belə də oldu”. O dövrdə Parisin Krua l’Eveneman jurnalı yazırdı: “ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu”. Elə həmin dövrdə Fransadan olan erməni əsilli jurnalist Berain Siracyan “Hücumdan əvvəl” adlı məqaləsində Xocalı soyqırımını bu cür qələmə almışdı: “Xocalıda baş verənləri öz gözlərimlə gördüm. Hər tərəfdən qan qoxusu gəlirdi... Bu mənzərədən ona görə vahimələndim ki, bu qanı Azərbaycanın, onun gələcək nəsillərinin heç zaman unutmayacağını və susmayacağını anladım. Bu gün ruslar bizimlədir. Bəs, sabah? Biz tək qala bilərik”, - deyə deputat əlavə edilib.

Vurğulanıb ki, məqalənin müəllifi hissində yanılmayıb. Biz heç nəyi unutmamışıq və unutmayacağıq. Lakin jurnalist bir məsələdə yanılıb. 44 günlük Vətən müharibəsində şərəfli Azərbaycan əsgər və zabiti bu amansız cinayətin qisasını mülki ermənilərdən almadı, savaş meydanında yalnız əlisilahlı düşmən əsgər və zabitini məhv etdi. Fərqimiz bundadır. Xocalı faciəsi ilə bağlı dəhşətli səhnələr dünyanın, o cümlədən ABŞ-ın, Böyük Britaniyanın, Fransanın, Rusiyanın və digər ölkələrin aparıcı nəşrlərində işıq üzü görsə də, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri bu soyqırımı cinayətini dövlət səviyyəsində tanımaqdan nədənsə ya çəkinir, ya da ədalətin təntənəsinə xidmət göstərməkdən yayınmağa üstünlük verirlər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanan “Xocalıya Ədalət!” kompaniyası Xocalı həqiqətlərinin dünya birliyinə çatdırılmasında əhəmiyyətli rol oynayır. Artıq 17 dövlətin qanunverici orqanı, ABŞ-nin 30-dan çox ştatı qanunvericilik və qubernator proklamasiyası səviyyəsində Xocalı soyqırımını tanıyıb. Cəmiyyətimiz haqlı olaraq dünya birliyindən gözləyir ki, Xocalı soyqırımı hamılıqla tanınsın. Gec-tez bunu uzun illər Xocalı cəlladı Serjik Sarkisyanın əlini sıxmış keçmiş Minsk qrupundakı üç vasitəçi ölkə də dövlət səviyyəsində etməli olacaq. Ən azından ona görə ki, mütərəqqi dünyanın özü də beynəlxalq hüquq normalarının pozulmasından əziyyət çəkir. İndi onlardan bəziləri də görür ki, müqəddəratı təyinetməni ərazi bütövlüyünün toxunulmazlığı kimi fundamental beynəlxalq prinsiplə eyniləşdirərkən, dünya nizamı üçün ciddi təhlükələrə yol açıblar. Bu cür zərərli yanaşma nəticəsində separatçılıq təşəbbüslərinin yayılmasına rəvac veriblər, faktiki olaraq, onun təşviqində iştirakçıya çevriliblər. Xocalı soyqırımının tanınmasına göstərilən laqeydlik də beynəlxalq hüquqa hörmətsizlik və ədalət anlayışının gözardı edilməsi deməkdir. Çünki Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu il 22 aprel tarixli qərarına əsasən, Xocalı faciəsi “müharibə cinayəti və ya insanlığa qarşı cinayət kimi qiymətləndirilə bilən xüsusilə ağır əməl” hesab olunur. Bu cür hüquqi tövsif həm də o deməkdir ki, Xocalıda azərbaycanlılara qarşı etnik zəmində törədilən qətliam öz mahiyyətinə görə Holokost, Xatın, Oradur, Srebrenitsa qətliamları və digər soyqırımı cinayətləri ilə bütün mənalarda eynilik təşkil edir. Belə bir hüquqi qiymətləndirmə olduğu halda, ona əməl etməyənlər beynəlxalq hüququn və ədalət mühakiməsinin növbəti dəfə gözdən düşməsinə xidmət edirlər. Halbuki, tanınma ilə bağlı hüquqi prosedurun gerçəkləşməsi Azərbaycan xalqı ilə yanaşı, mütərəqqi dünyanın özü üçün də bu gün çox vacibdir. Çünki təhlükəsiz dünya nizamının təmin olunması haqqın və ədalətin birmənalı etirafından, ayrı-seçkiliyin aradan qaldırılmasından keçir. Əks təqdirdə, dünya nizamı heç vaxt təhlükəsiz olmayacaq, indiki təhdidləri mümkün edən münbit şərait isə ortadan qalxmayacaq.

“Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də qəbul olunmuş “Xocalı Soyqırımı Günü haqqında” Milli Məclisin Qərarı və Ulu Öndərin 1997-ci 25 fevral tarixli Prezident Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il fevralın 26-da ölkəmizdə dövlət səviyyəsində anılır. Azərbaycan Xocalı qurbanlarını yad edərkən, şəhidlərimizin əziz xatirəsini anmaqla yanaşı, həm də haqsızlığa, ayrı-seçkiliyə, beynəlxalq hüquq normalarının pozulmasına, hər cür müharibə cinayətinə qarşı etiraz səsini ucaldır. Ucaldır ki, başqa xalqlar belə faciələrlə üzləşməsin, vicdanı susanların isə, nəhayət, vicdanı oyansın. Belələri onu da bilməlidir ki, xalqımız, müstəqil Azərbaycan dövləti yaşadığı heç bir faciəni unutmayıb və unutmayacaq. Qisas naminə görə deyil, gələcək nəsillərin də bu hadisələrdən düzgün nəticə çıxarmaları və ehtiyatı əldən verməmələri üçün”, - deyə deputat fikirlərini tamamlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub