Tələbələr üçün “Mental mühəndislik” dərs vəsaiti çap olunub
Bakı, 24 noyabr, AZƏRTAC
Qərbi Kaspi Universitetinin müəllimi, tanınmış tədqiqatçı Adıgözəl Məmmədovun “Mental mühəndislik” kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, ingilis dilində olan dərs vəsaiti ali məktəb tələbələri və tədqiqatçılar üçün nəzərdə tutulub.
Müəllif kitabda oxucunu mental psixologiya və sosial elmlər sahəsinə aid əsas terminlər, fundamental nəzəriyyələr və ən son elmi yanaşmalarla tanış edir. “Mental mühəndislik” dərs vəsaiti bu sahəyə ilk dəfə müraciət edən tələbələrlə yanaşı, təcrübəli tədqiqatçılar üçün də dəyərli və hərtərəfli bir mənbə rolu oynaya bilər.
Qeyd edək ki, mental mühəndislik sosial elmlərin inkişaf etməkdə olan müasir və multidissiplinar bir sahəsidir, insanların şüurunu, düşüncə tərzini, kollektiv münasibətlərini, qavrayışlarını, davranışlarını və kimliklərini arzu olunan istiqamətdə formalaşdırmağa yönəlmiş sistemli bir yanaşmadır. Sadə desək, bu, ictimai şüuru müəyyən edən narrativlərin elmi əsaslarla yaradılması və idarə olunması prosesidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:06]
BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır
- 10.08.2026 [15:29]
UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub
- 10.08.2026 [15:20]
BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə
- 10.08.2026 [14:31]