ORDU
Təlim toplanışında praktiki atış çalışmaları yerinə yetirilib



Bakı, 14 iyun, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi bu ilin hazırlıq planına əsasən, “N” hərbi hissəsində ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışı davam edir.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Plana uyğun olaraq hərbi vəzifəlilər atıcı silahlardan praktiki atış çalışmalarını yerinə yetiriblər.
Atışdan əvvəl şəxsi heyətə silahların taktiki-texniki xüsusiyyətləri və təhlükəsizlik qaydaları çatdırılıb, atəş mövqeyinin tutulması və silahların döyüş vəziyyətinə gətirilməsi üzrə normativlər məşq etdirilib.
Təlim sahəsində şərti düşmən hədəflərinin aşkarlanaraq məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar hərbi vəzifəlilər tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.