Təlimə cəlb edilmiş tank bölmələri tapşırıqları yerinə yetirirlər
Bakı, 2 iyul, AZƏRTAC
Müxtəlif qoşun növlərinin tətbiqi ilə keçirilən təlimlər davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin hədəfinə uyğun olaraq, əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək tank bölmələri təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqları yerinə yetiriblər.