TERRORÇULAR ƏL-XUBAR ŞƏHƏRİNDƏ 22 NƏFƏRİ QƏTLƏ YETİRMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi terrorçuların Əl-Xubar şəhərində qanlı qətl hadisəsi törətdiklərini, mayın 29-dan bəri onlarca adamı girov saxladıqlarını və 22 nəfərin həlak olduğunu bildirmişdir. Onların arasında ABŞ, Böyük Britaniya, İtaliya, Hindistan, Filippin, İsveç və Misir vətəndaşları da vardır. DİN-nin bəyanatında 25 nəfərin yaralanması barədə də məlumat verilir. Beynəlxalq terror şəbəkəsi olan “Əl-Qaidə” isə, öz növbəsində, bəyan etmişdir ki, onun yaraqlıları bir neçə əcnəbi girovu öldürmüşdür.
Nazirlik girovların azad edilməsilə əlaqədar aparılan əməliyyatlar nəticəsində terrorçuları və onların rəhbərinin həbs edildiyini, eyni zamanda, 3-4 yaraqlının gizlənməyə imkan tapdığını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]