Tərtər rayonunda sakinlərin təbii qazla bağlı problemləri dinlənilib
Bakı, 31 may, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinin (İB) başladığı “Açıq mikrofon” aksiyası çərçivəsində vətəndaşlarla keçirilən görüşlər davam edir.
İB-dən AZƏRTAC-a bildirilib ki, aksiyanın mahiyyəti qaz təchizatı ilə bağlı yaranan problemlərin yerindəcə dinlənilməsinə, ünvanlanan müraciətlərin birbaşa Birlik rəhbərliyinə çatdırılmasına xidmət edir. Bununla əlaqədar növbəti görüş Tərtər rayonunda reallaşıb. Sakinlər “Səyyar qəbul otağı”nın imkanlarından yararlanaraq qarşılaşdıqları çətinliklərdən söz açıblar. Daxil olan müraciətlər əsasən sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəzlənməsi, qapı keçidinin quraşdırılması, işə qəbul, fərdi qazlaşma, qaz sayğacının və küçə qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı olub. Ünvanlanan müraciətlərlə bağlı Birliyin Tərtər Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi tərəfindən lazımi izahatlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]