Tərtərdə 2600 hektardan çox sahədə pambıq becərilməsi üçün fermerlərlə müqavilə bağlanıb
Tərtər, 11 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Ötən il hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında birinci yerdə dayanan Tərtər pambıqçıları cari ilin çiyid səpininə hazırlıq görürlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, indiyədək 974 istehsalçı ilə 1632 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 1000 hektarı “Azərpambıq” MMC olmaqla, 2632 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Pambıq becəriləcək sahələr şumlanıb, qış aratına qoyulub. Hazırda şumun malalanması işləri həyata keçirilir. Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə aprel ayının əvvəllərində başlanacaq.
Qeyd edək ki, Tərtər pambıqçıları ötən il 3427 hektar sahədən 11 min 924 ton məhsul tədarük ediblər. Hər hektar üzrə orta məhsuldarlıq 34,8 sentner olub. 2018-ci ilə nisbətən rayonda pambığın əkin sahəsi 3,9 faiz, pambıq istehsalı 45,6 faiz, hər hektardan orta məhsuldarlıq 40,3 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]