“Tesla”nın 6 min əməkdaşı kompaniyanı irqçilikdə ittiham edir
Bakı, 1 mart, AZƏRTAC
“Tesla”nın Kaliforniyadakı fabrikinin 6 minə yaxın qaradərili əməkdaşı onları irqçilikdən qoruya bilmədikləri üçün kompaniyaya qarşı iddia qaldıracaq.
AZƏRTAC xəbər verir ki, iddiaçıların şikayətinə görə, ABŞ kompaniyası “Tesla” müəssisələrində geniş yayılan irqi ayrı-seçkilik və təqiblərə qarşı tədbir görmür. Tərəflər mövqelərini cümə gününə təyin edilən dinləmədə təqdim edəcəklər.
Analoji iddia ilk dəfə 2017-ci ildə “Tesla”nın əməkdaşı Markus Von tərəfindən qaldırılıb. Şikayətdə kompaniya əməkdaşlarının müntəzəm olaraq irqi söyüşlərdən istifadə etdiyi deyilir. Kompaniyanın digər sabiq işçisi, Afrika əsilli amerikalı Ouen Diaz 2022-ci ildə “Tesla”dan təzminat almağa müvəffəq olub.
Kompaniyanın rəhbərliyi isə öz növbəsində iş yerlərində irqi təqiblərə qarşı mübarizə apardıqlarını və qanun pozuntusuna yol verən əməkdaşların işdən çıxarıldığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]