Təsviri sənət istiqamətini seçən abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər
Bakı, 16 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 10, 11 və 12-ci komissiyalara aid rəsm fənni üzrə keçirilmiş qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər rəngkarlıq (10 və 11-ci komissiya) və yapma (12-ci komissiya) imtahanında iştirak etmək üçün “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, təsviri incəsənət müəllimliyi (13-cü komissiya) və 9 illik təhsil bazasında 211-ci komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlərin də “İmtahana buraxılış vərəqəsi” qeydiyyatdan keçdikləri səhifələrində yerləşdirilib.
Qabiliyyət imtahanlarının qrafiki ilə DİM-in saytında tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:49]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [19:56]
BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir
- 12.06.2026 [18:20]
Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub
- 12.06.2026 [18:04]