Texasda atışma: bir polis işçisi ölüb, ikisi yaralanıb
Bakı, 30 avqust, AZƏRTAC
ABŞ-ın Texas ştatının Dallas şəhərində atışma zamanı bir polis əməkdaşı həlak olub, daha iki asayiş keşikçisi yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə NBC News telekanalı məlumat yayıb.
"Avqustun 29-u axşam saatlarında Dallasın cənubunda bir polis məmuru güllələnərək öldürülüb, ikisi isə yaralanıb", - deyə telekanal Dallas polis departamentinə istinadla bildirib.
Hadisə yerinə gələn polislər patrul avtomobilindəki həmkarlarının güllə yarası aldığını görüblər və şübhəli şəxslə atışma olub. Nəticədə daha iki hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb. Onların hər üçü xəstəxanaya çatdırılıb, lakin biri aldığı xəsarətlər nəticəsində həyatını itirib.
Telekanalın məlumatına görə, şübhəli şəxs təqib olunub və əlində silah maşından düşən zaman güllələnərək öldürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [20:22]
Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı
- 14.10.2026 [20:20]
Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər
- 14.10.2026 [19:57]
“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur
- 14.10.2026 [18:55]
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]