Teymur Musayev: Orta tibb işçiləri səhiyyə sisteminin əsas sütunlarıdır

Bakı, 20 iyun, AZƏRTAC
Orta tibb işçiləri səhiyyə sisteminin əsas sütunlarıdır və bu peşəyə gələn gəncləri humanist dəyərlər, insanlara yardım etmək arzusu birləşdirir. Məzunların qazandığı uğurların arxasında gərgin zəhmət, fədakarlıq və peşəyə olan böyük maraq dayanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri 1 nömrəli Bakı Tibb Kollecinin tələbələrinin təntənəli “Məzun günü” tədbirində səhiyyə naziri Teymur Musayev deyib.
O, çıxışında kollecin zəngin tarixinə nəzər salıb. Qeyd edib ki, təhsil müəssisəsinin əsası 1902-ci ildə “Mamaçalıq” məktəbi kimi qoyulub. O vaxtdan etibarən bir çox mərhələləri keçən kollecin inkişafında tanınmış həkimlər, o cümlədən görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva və Mustafa Hacıqasımov kimi şəxsiyyətlər mühüm rol oynayıblar.
“Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə səhiyyə sahəsinə, o cümlədən tibb kadrlarının yetişdirilməsinə böyük önəm verilib. Bu siyasət bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir”,- deyə T.Musayev qeyd edib.
Nazir sonda kollecin müəllim heyətinə və valideynlərə təşəkkürünü bildirib. Məzunların yetişməsində əməyi olan pedaqoqların zəhmətini yüksək qiymətləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.07.2025 [11:12]
Baş prokuror Zaqatalada vətəndaşların müraciətlərini dinləyəcək
- 10.07.2025 [11:08]
Lefkoşada “Türk dünyası ailəmizdir” mövzusunda konfrans keçirilib
- 10.07.2025 [11:08]
“Könüllü DOST” proqramına 800-dən çox şəxs cəlb olunub
- 10.07.2025 [10:46]
BDYPİ yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
- 10.07.2025 [10:41]
DİN: Ötən gün 13 kiloqramdan çox narkotik vasitə aşkarlanıb
- 10.07.2025 [10:36]
“815” Çağrı Mərkəzinə 70 mindən çox zəng daxil olub
“UTair” aviaşirkətinin Gəncə–Moskva reysi təxirə salınıb
- 09.07.2025 [23:36]
2025-ci ilin ilk yarısında Türkiyədə 18 mindən çox zəlzələ olub
- 09.07.2025 [23:16]
“Zirə” yoxlama matçında Türkiyə klubuna qalib gəlib
- 09.07.2025 [21:37]
Babək Quliyevə UEFA-dan növbəti təyinat
- 09.07.2025 [21:21]
Çindən Orta Dəhliz vasitəsilə Avropaya daha bir qatar marşrutu açılıb
- 09.07.2025 [21:10]